Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-910/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri Vəlibəyova Gülçöhrə Məhəmsultan qızı və X1, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti leytenantı X2 iştirakları ilə, Şəxs bundan sonra- (ŞəxsMMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 99XO323/99ZC105 nömrə nişanlı yük avtomaşınında 351 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı baş gömrük idarəsində **********2638 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların çəkisində şübhə yarandığından xx.xx.2020-ci il tarixdə “Xocasən” gömrük postunda sözügedən mallara gömrük baxışı keçirilmiş, baxış zamanı **********2638 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən qatılaşdırılmış bişmiş süd yükünün netto çəkisinin 1045 kq artıq olduğu aşkar edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakə şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Binəqədi şossesi, ev 4A ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 1045 kq qatılaşdırılmış bişmiş süd yükünün ümumi dəyəri 1609,58 manat təşkil edir. Qeyd olunan material Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(002)- 779/20 saylı qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqılar aradan qaldırılaraq yenidən xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan bölmələr öz səlahiyyətləri çərçivəsində gömrük rüsum və ödənişlərini toplamaq ilə yanaşı eynilə gömrük nəzarətini də müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirir. Müvafiq olaraq gömrük nəzarəti qanunvercilikdə nəzərdə tutulan üsul və vasitələr ilə yerinə yetirilməkdədir. Malların gömrük ərazisinə gətirilərkən bəyan edilməsi qaydalarından irəli gələrək idxalatçılar gömrük orqanlarına malları şifahi, kağız üzərində yazılı, yaxud elektron formada bəyan edirlər. Bəyannamə tərtib edilərkən idxalatçılar tələb olunan məlumatları faktiki idxal etdikləri mallara uyğun təqdim etməyə borcludurlar. Bu qaydaların tələblərini pozaraq mallara dair məlumatları düzgün təqdim edilmədiyi təqdirdə bu malların predmetinin dəyərindən asılı olaraq, inzibati və cinayət məsuliyyətinə səbəb olur. 2020-ci ilin mart ayında “Rusiya Federasiyasından 99XO323/99ZC105 nömrə nişanlı yük avtomobilində " Şəxs” MMC-nin ünvanına mallar gətirilmişdir. Mallar Bakı Baş Gömrük İdarəsində **********2638 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edildikdən sonra müvafiq gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı ilkin olaraq malların faktiki çəkisi Gömrük bəyannaməsi və yük müşayiət sənədlərində göstəriləndən çox olduğu aşkarlanmış, buna görə də yoxlama daha ətraflı və əsaslı surətdə davam etdirilməklə malların ayrı-ayrılıqda eyniləşdirilməsi həyata keçirilmişdir. Eyniləşdirmə zamanı yük avtomobilindən bəyannamədə göstərilən qatılaşdırılmış bişmiş süd yükünün netto çəkisinin artıq olduğu aşkar edilmişdir. Raport daxil olduqdan sonra Azərbaycan Respublikası İXM-nin, 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılmış, inzibati xətanın predmeti olan mallar götürülməklə dəqiq çəkiləri müəyyən edilmişdir. Hüquqi şəxsin gömrük rəsmiləşdirməsində iştirak edən qanuni təmsilçisi ilə yanaşı toplanılmış digər subutlar inzibati xətanın törədilməsi, hüquqi şəxsin xətada təqsirini müəyyən etmək üçün kifayət olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Hazırda məhkəmədə tədqiq olunan sübutlar ilə Azərbaycan Respublikası İXMnin 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunduğuna görə " Şəxs” MMC-nin təqsirli bilinməsi və tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs « Şəxs» MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəlibəyova Gülçöhrə Məhəmsultan qızı izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 99XO323/99ZC105 nömrə nişanlı yük avtomaşını ilə qatılaşdırılmış bişmiş süd yükü daxil olmuş, sözügüdən mallar Bakı Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannaməsi ilə bəyan edilmiş və idxal edilmiş mallar göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, malın netto çəkisi 1045 kq olan qatılaşdırılmış bişmiş süd yükü qeyd edilmişdir. Qeyd olunan gömrük bəyannaməsində də həmin mallar öz əksini tapmamışdır. Bu səbəbdən də gömrük orqanına düzgün bəyan edilməmişlər və həmin yükün artıq olması barədə onlara heç bir məlumat verilməmişdir. Sözügedən malın çəkisinin artıq olması barədə xx.xx.2020-ci il tarixdə Xocasən gömrük postunda yükə baxış keçirilərkən məlumatları olmuş və qeyd edilən yüklə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin malları rəsmiləşdirmək niyyətindədirlər. Göstərilənləri nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs « Şəxs» MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, hüquqi şəxsin digər etibarnamə üzrə nümayəndəsi Vəlibəyova Gülçöhrə Məhəmsultan qızınin izahatında qeyd etdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: **********2638 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsinin 38-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş qatılaşdırılmış bişmiş süd yükünün netto çəkisinin 18600 kq olmaqla bəyan edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X8 xx.xx.2020-ci il tarixli 00100-1392/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 643.83 (altı yüz qırx üç manat səksən üç qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-910/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-910/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver