Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-910/2021 09.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 08 iyul 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, hazır ki iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməsi zərurəti yaransada, hazırda həmin şəxslərin məhkəməyə gətirilməsi təmin edilmədiyindən məhkəmə prosesi keçirilə bilməz. Belə ki, İXM-nin 39.1-ci maddəsininin tələbinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırki iş üzrə tərəflərinin barışıb-barışmamasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109,114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-910/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-910/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver