Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-910/2022 31.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 iyul 2022-ci il tarixli, 00100-1394/22 (EP № 0041649) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qüllə, ev 20 ünvanında qeydiyyatda olan Şəxs ASC-nin ünvanına Türkiyə Respublikasından TCE**********499 nömrəli invoys üzrə, 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********5699 sorğu nömrəli və **********5665 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannamələri və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ASC-nin ünvanına 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs ASC-nin ünvanına Türkiyə Respublikasından TCE**********499 nömrəli invoys üzrə göndərilmiş malların daşındığı 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsinin xx.xx.2022-ci il saat 23:11-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi A.Ş.Əliyeva bildirmişdir ki, Şəxs ASC tərəfindən ölkəyə gətirilən malların gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilməməsinin səbəbi həmin malların hansı tarixdə gömrük ərazisinə gəlməsi barədə göndərən şirkət tərəfindən əvvəlcədən Şəxs ASC-yə məlumat verilməməsi və müşayiət sənədlərinin göndərilməməsi olmuşdur. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gömrük Prosedurları şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən «Şəxs ASC-nin ünvanına 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş və **********5699 və **********5665 nömrəli GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. İş materiallarında olan vahid X1 informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs ASC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından TCE**********499 nömrəli invoys üzrə göndərilmiş malların daşındığı 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il saat 23:11-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin «Vahid X1» informasiya resursundan «avtomobil yolu ilə daşınan mallara» dair çıxarışdan görünür ki, 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs ASC-nin ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixdə saat 23:11də Qırmızı Körpü gömrük postundan keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********5699 və **********5665 saylı gömrük bəyannamələrinin surətindən görünür ki, həmin bəyannamələrin «əvvəlki bəyannamə və sənədin xülasəsi» adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, ev 7-ci km-dir. Həmin ünvanda qeydiyyatda olan Şəxs ASC-nin ünvanına Türkiyə Respublikasından TCE**********499 nömrəli invoys üzrə, 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********5699 sorğu nömrəli və **********5665 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannamələri və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ASC-nin ünvanına 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs ASC-nin ünvanına Türkiyə Respublikasından TCE**********499 nömrəli invoys üzrə göndərilmiş malların daşındığı 06BUG377/34VA0487 nömrəli nəqliyyat vasitəsinin xx.xx.2022-ci il saat 23:11-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş «Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və digər buraxılış sistemlərindən istifadə» Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-910/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-910/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver