Məhkəmə qərarları › İş №3(002)-911/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-911/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-911/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytinantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs (bundan sonra- Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 /2232-ci məhəllə ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 /2232-ci məhəllə ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 1 ədəd Ford Carqo, model 1826, tip furqon - emalatxana (avadanlıqla və alətlərlə təchiz olunmuş), rəngi ağ, ili 2013 olan yük **********6721 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və 1 ədəd Ford Carqo, model 1826DC, tip su çəni, rəngi ağ, ili 2012 olan yük **********6687 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq “xxxx” MMC tərəfindən 1 ədəd Ford Carqo, model 1826, tip furqon - emalatxana (avadanlıqla və alətlərlə təchiz olunmuş), rəngi ağ, ili 2013 və 1 ədəd Ford Carqo, model 1826DC, tip su çəni, rəngi ağ, ili 2012 olan yükün müvəqqəti ixrac müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 1 ədəd Ford Carqo, model 1826, tip furqon - emalatxana (avadanlıqla və alətlərlə təchiz olunmuş), rəngi ağ, ili 2013 və 1 ədəd Ford Carqo, model 1826DC, tip su çəni, rəngi ağ, ili 2012 olan yüklərin müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində bitmiş, bitdikdən 29 gün sonra xx.xx.2020-ci il tarixdə **********5284 və **********5292 sorğu nömrəli gömrük bəyannamələri ilə ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytinantı X4 protokola uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirdi ki, Həmin texnika maşınları yol layihəsinin işlənməsi məqsədilə Gürcüstan Respublikasına müvəqqəti ixrac gömrük prosedura altında göndərilmişdir. Şirkət tərəfindən sözü gedən yüklər **********6687 saylı xx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələri əsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti ixrac müddəti bitməsinə baxmayaraq pandemiya olması səbəbi ilə yükləri vaxtında geri qaytara bilməmişlər. Yalnız son müddət bitdikdən 29 gün sonra xx.xx.2020-ci il tarixdə ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 00100-1479/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X7 oğlu xx.xx.2020-ci il tarixli 00100-1479/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 499.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs MMC tərəfindən 1 ədəd Ford Carqo, model 1826, tip furqon - emalatxana (avadanlıqla və alətlərlə təchiz olunmuş), rəngi ağ, ili 2013 və 1 ədəd Ford Carqo, model 1826DC, tip su çəni, rəngi ağ, ili 2012 olan yüklərin müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində bitsə də, sözü gedən yüklər cəmiyyət tərəfindən 29 gün sonra xx.xx.2020-ci il tarixdə **********5284 və **********5292 sorğu nömrəli gömrük bəyannamələri ilə ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar