Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-913/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 12 iyul 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 03 iyul 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar əlavə olunsa da, həmin qərarın qəbul edilməsinə əsas olmuş HK-1, 540- 541 saylı toplanmış materiallar əlavə olunmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 03 iyul 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan aydın olur ki, iş üzrə də X2 adlı şəxs də Şəxs tərəfindən döyülmüşdür. X2 da öz izahatında göstərilənləri təsdiq edərək tibbi ekspertizadan keçmişdir. Tibbi ekspertizanın rəyindən aydın olur ki, X1 aldığı xəsarətlər hadisə baş verən tarixə uyğun gəlməklə, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi, X2 zərərçəkmiş şəxslərdən biri olmaqla, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməsi zərurəti yaransada, hazırda həmin şəxsin məhkəməyə gətirilməsi təmin edilmədiyindən məhkəmə prosesi keçirilə bilməz. Belə ki, İXM-nin 39.1-ci maddəsininin tələbinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırki iş üzrə tərəflərinin barışıb-barışmamasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-913/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-913/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver