Məhkəmə qərarları › İş №3(002)-915/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-915/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-915/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, BDYPİ-nin Vİ Tağım YPX inspektoru, polis baş serjantı X1, BDYPİ-nin Vİ Tağım YPX inspektoru, polis sıravisi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Qaradağ rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 09 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, Şəxs 09 iyul 2021-ci il tarixdə, saat 01:00 radələrində “”VAZ 21053” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs nəqliyyat vasitəsində olmamaqla nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək şərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən BDYPİ-nin Vİ Tağım YPX inspektoru polis baş serjantı X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs “C” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, lakin onun minik markalı avtomobili idarə etmək hüququ olmamışdır. Belə ki, həmin minik markalı avtomobili idarə etmək hüququnun yaranması üçün sürücülük vəsiqəsi mütləq şəkildə “B” kateqoriyalı olmalıdır. Məhkəmə iclasında iştirak edən BDYPİ-nin Vİ Tağım YPX inspektoru polis sıravisi X5 öz izahatında BDYPİ-nin Vİ Tağım YPX inspektoru polis baş serjantı X1 izahatını təsdiq etmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, 09 iyul 2021-ci il tarixdə, saat 01:00 radələrində işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə YPX əməkdaşları onu saxlamışlar. YPX əməkdaşları ondan sənədləri xahiş etmiş və o, öz oğlunun avtomobilini idarə etdiyi üçün etibarnamə lazım olduğunu bilməmişdir. Həmçinin “C” kateqoriyalı sürücülük vəsiqəsi olduğundan minik markalı avtomobilləri də idarə edə biləcəyini düşünmüşdür. Daha sonra isə o, tibbi müayinədən keçmiş və onda sərxoşluq aşkar edilmişdir. Hadisə zamanı polislərin qanuni tələbinə tabe olmuşdur. Hal-hazırda əməlindən səmimi peşiman olmasını, ilk dəfə inzibati məsluyyətə cəlb olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alıb həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş 09 iyul 2021-ci il tarixli, 2/19294 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktdan aydın olur ki, Şəxs 09 iyul 2021-ci il tarixdə saat 00:43 radələrində müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və xətanın ilk dəfə törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və iş materialları ilə tam təsdiq olunur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsini və şəxsiyyətini nəzərə alaraq ona İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar