Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-919/2020 06.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı-Qazax yolunun 65-ci km-də quraşdırılmış xüsusi karantin postunda YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 çıxışında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 20:30 radələrində ** GC *** Hunday Elantra markalı avtomobilin sürücüsü Şəxs Bakı-Ələt yolunda qurulmuş xüsusi karantin postunda idarə etdiyi avtomobilini yoxlama növbəsində növbəyə durmadan orada nəzərdə tutulmuş yük avtomobilləri üçün nəzərdə tutulmuş zolaqla hərəkət etdirdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, avtomobilə və özünə məxsus sənədlərini təqdim otməsini bildirmişlər, lakin vətəndaş Şəxs sənədlərini təqdim etməkdən qəsdən imtina edərək, YPX –nin 0899 döş nişanlı əməkdaşını yüksək səslə təhqir edərək onun qanuni göstərişlərinə qəsdən tabe olmamışdır. Bundan sonra əməkdaşlar onu intizama dəvət etsələr də o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra Yol Potrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq xx xxxxxx 2020-ci il tarixli raport əsasında ərazi üzrə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. PB-də Şəxs saxlanılma səbəbi izah olunmaqla izahatı alınmış və həmin gün saat 20:50-də Şəxs tərəfindən inzibati qaydada tutlmuşdur. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Salyan rayonundan ünvan 2eyvə-tərəvəz satmaq məqsədilə gəlib-gedir. xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən Salyan rayonuna istiqamətinə gedən zaman saat təxminən 20:30-da özünü narahat hiss etdiyindən eləcə də mədəsində olan qastritlə əlaqədar sanitar qovşağından istifadə etmək zərurəti yarandığı üçün Bakı-Ələt yolunda qurulmuş xüsusi karantin postunda yük maşınları üçün nəzərdə tutulan zolağa daxil olmuşdur ki, Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən sanitar qovşağından istifadə etməyə getsin. Bu zaman yoxlama məntəqəsində xidmət aparan YPX-nin əməkdaşı ona saxla işarəsi vermiş, oda idarə etdiyi avtobobilini saxlamış, bundan YPX-nin əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək avtomobilinin və özünün şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməyi bildirmişdir. O da polis əməkdaşlarına sanitar qovşağa getmək üçün tələsdiyini bildirməsinə baxmayaraq polis əməkdaşları ona həmin zolağa girməyi səbəbilə cərimə yazacaqlarını bildirmişlər. O da həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşlarını təhqir edərək sənədlərini verməkdən imtina etmişdir. Daha sonra YPX əməkdaşları onu saxlayaraq ərazi üzrə Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsinə aparılmışdır. Hazırda əməlindən çox peşmandır, polis əməkdaşlarından üzr istəyir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 20.50-də Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci km-də quraşdırılmış xüsusi karantin postunda YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyeti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 20:50dən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 20:50dən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-919/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-919/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver