Məhkəmə qərarları › İş №3(002)-92/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-92/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-92/2024 16.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X1, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyünün, yol patrul xidməti inspektoru X2 və Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı, yol patrul xidməti baş inspektoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, (himayəsində bir azyaşlı uşaığ olan) ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 15 yanvar 2024-cü il tarixdə, saat təxminən 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu “Sədərək” TM-nin yaxınlığında, YPX əməkdaşlarının saxla əmrinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 16 yanvar 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü, yol patrul xidməti inspektorları X6 və X4 15 yanvar 2024-cü il tarixdə inzibati ərazidə xidmət aparan zaman saat təxminən 13:00 radələrində, ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” markalı avtomobilin üzərində ödənilməyən cərimələrin olduğuna görə avtomobili saxlamış, bu zaman həmin avtomobili idarə edən, Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək onlarla əsassız mübahisə edərək nalayiq ifadələr işlətməklə avtomobili duracağa təmin etməmişdir. Onlar da həmin şəxsi xidməti avtomobilə əyləşdirərək 10-cu Polis Şöbəsinə təmin etmişlər. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 16 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü, yol patrul xidməti inspektoru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 15 yanvar 2024-cü il tarixdə, saat təxminən 13:00-14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, kənar dairəvi yolda ərazidə xidmətdə olarkən ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” markalı avtomobilin üzərində iki ay ötmüş ödənilməyən cərimələrin olduğuna görə tərəflərindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah edilmişdir. Sürücünün sənədlərinə baxış zamanı sürücünün yol vərəqəsinin olmadığı da müəyyən edilmişdir. Sürücüyə İXM-nin 96cı maddəsinə əsasən avtomaşının duracağa təmin olunacağı bildirilmişdir. Sürücüyə avtomaşını təhvil verməsi bildirisə də sürücü bundan qəti imtina edərək avtomobili durcağa özünün aparacağını bildirərək avtopatrul avtomobilinin arxasınca hərəkət edən zaman qəflətən başqa istiqamətdə sürərək hərəkət etməyə başlamışdır. Sürücü onların tələblərinə əməl etmədiyindən avtomobili saxlanılmış, nizam-intizama dəvət olunsa da ictimaiyyətin diqqətini cəlb edərək qışqırmağa başlayaraq nalayiq ifadələr işlətmişdir. Nəticədə sürücü Şəxs 10-cu PŞ-ya təmin olunmuşdur. Qeyd olunanlara əsasən sürücünün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı, yol patrul xidməti baş inspektoru X7 da oxşar izahat vermiş və qeyd olunanlara əsasən sürücünün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, ünvan 2 ünvanında azyaşlı oğlu ilə birlikdə yaşayır, subaydır. 15 yanvar 2024-cü il tarixdə ona məxsus liiznqdə olan ** AC *** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” markalı avtomobil ilə “Sədərək” ticarət mərkəzindən qayıdarkən YPX əməkdaşları onu saxlamış, ona etibarnaməsinin vaxtının keçdiyini və ödənilməyən cərimələrinin olduğunu bildirmişlər. O yol polisi əməkdaşına etibarnamənin lizinq şirkəti tərəfindən səhvən 2022-ci il kimi qeyd edildiyini bildirmişdir. Avtomobilə gələn cərimələrdən isə xəbərinin olmadığını, lakin onlayn şəkildə yerindəcə ödəyə biləcəyini qeyd etmişdir. O əvvəlcə avtomobili duracağa aparmağa razılaşsa da ypx əməkdaşlarının onunla kobud şəkildə danışmasından əsəbiləşərək ərazidən uzaqlaşmaq qərarına gəlmişdir. Sonradan səhv etdiyini anlayaraq dayanmış, YPX əməkdaşları onu saxlayaraq onu 10-cu PŞ-ya təmin etmişlər. O öz izahatında törətdiyi əməldən peşiman olduğunu, əsəbiləşdiyi üçün ünvansız nalayiq ifadələr işlətdiyini və himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin işitrakı ilə yuxarıda qeyd olunan hadisənin görüntülərini özündə əks etdirən video diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq əsassız yerə səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Bundan başqa məhkəmə araşdırması zaman Şəxs öz etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı bir mötəbər sübutlar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Şəxsnun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar