Məhkəmə qərarları › İş №3(002)-922/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-922/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-922/2020 07.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X4, zərərçəkmiş şəxslər- X5 və X2, müdafiəçi – Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbdül oğlunun iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Əbdül oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Əbdül oğlu xx xxxx 2020ci il tarixdə ünvan 1 mənzil 3 ünvanında X7 və onun anası X3 yaranmış mübahisə zamanı döyərək X1 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, zərərçəkmiş şəxs X5 ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış və Şəxs Əbdül oğlunun əməlində cinayət tərkibi olmadığından xx xxxx 2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Əbdül oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X15 qızı keçmiş həyat yoldaşıdır, birgə nikahlarından ikisi qız bir oğlan olmaqla üç övladı var. Gülnarla boşandıqları üçün Gülnar iki qızı ilə birlikdə başqa yerdə yaşayır. O isə xx xxx 2010-cu il təvəllüdlü oğlu Fərid Sultanovla birlikdə ünvan 1 mənzil 3 ünvanında yaşayır. Gülnar onun evinə gəlib getdiyi üçün aralarında tez-tez münaqişələri olurmuşdur. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində işdən evinə gəlmiş, həmin vaxt evindəki əşyaların yerində olmadığını görmüşdür. Bundan sonra müəyyən etmişdir ki, həmin əşyaları Gülnar yük maşınına yığdırıb özü ilə aparıb. Bundan sonra o, Gülnara zəng edərək evin əşyalarını geri qaytarmasını tələb etmişdir. Bir qədər keçdikdən sonra Gülnar əşyaları geri qaytarmışdır. O da həmin əşyaları yük maşınından boşaldmağa başlamış, bu zaman Gülnar və anası Gülnaz əllərində olan lapatka ilə ona hücum etmişlər. O da özünü müdafiə etmək üçün hər ikisini kənara itələmişdir. Bundan başqa aralarında heç bir dava-dalaş olmamış, nə Gülnarı nədəki Gülnazı döyməmiş, onlara hər hansı xəsarət yetirməmişdir. Gülnar və Gülnaz ona şər- böhtan atır. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək göstərmişdir ki, o Şəxs Əbdül oğlu keçmiş həyat yoldaşıdır, Teymurla birgə nikahdan ikisi qız olmaqla bir oğlan övladı var. Teymurla nikahları pozulmuş, lakin da arada bir gedib uşaqları ilə birlikdə Teymurun evində yaşamışdır. Teymur isə onunla yaşamağına hər zaman etiraz etmişdir. Teymurun yanında qalarkən Teymur onunla münaqişə yaradaraq onu döyürmüş. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində həmin evdə olan vaxtı Teymur işə gedərkən ona bildirmişdir ki, “işdən qayıdana qədər evdən çıxıb getsin”. O da Teymurdan əşyalarını aparması üçün ona pul verməsini demiş və bundan sonra Teymur onunla münaqişə yaradaraq onun ünvanına nalayiq ifadələr işlədib, onu yerə yıxaraq əl və ayaq zərbələri ilə bədəninə xəsarətlər yetirmişdir. Həmin vaxt təsadüfən anası Gülnaz onlara gəlmiş Teymurun onu döydüyünü görmüş və müdaxilə edərək onu Teymurun əlindən almışdır. Bu zaman Teymur anası Gülnaz Babayevaya da əl qol ataraq onu vurmuş, sonra isə evdən çıxıb getmişdir. Həmin gün o, yük maşını sifariş edərək əşyalarını və soyuducunu maşına yükləyib Qobustan qəsəbəsindəki evinə getmək istəmişdir. Yolda olarkən Teymur ona telefonla zəng edərək soyuducunun geri qaytarmasının tələb etmiş, o da yoldan geri qayıdaraq saat 17:00 radələrində Teymurun evinə gəlmişdir. Teymur əşyaları maşından götürərək həyətə atıb qabları sındırmışdır. O da Şəxs qabları sındırmağına irad tutmuş, bu səbəbdəndə aralarında yenidən münaqişə baş vermiş və münaqişə zəmnində Teymur yenidən onu döyərək bədəninə xəsarət yetirməyə başlamışdır. Həmin vaxt anası Gülnaz Babayeva onun yanında olduğundan onu Teymurun əlindən almaq istəmiş, lakin Teymur anası Gülnazı da əli ilə itələyərək yerə yıxmışdır. Hadisə zamanı xəsarət aldığı üçün TTY stansiyasına müraciət etmişdir. Hazırda o, Şəxs Əbdül oğlunu bağışlamır. Məhkəmədən sonuncu barəsində ağır tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək göstərmişdir ki, o ünvan 2 mənzil 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şəxs qızı Gülnarın həyat yoldaşı olmuşdur. X8 nikahı sonradan pozulmuşdur. Buna baxmayaraq qızı Gülnar Teymurun evində orada bir qalırmış. xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində qızı Gülnar Teymurun evində olduğu üçün sonuncunun evinə getmişdir ki, özünə məxsus su matorunu götürsün. O evə daxil olarkən görmüşdür ki, Teymur Gülnarı yerə yıxıb yumruqla və təpiklə döyür. O dərhal müdaxilə edib onları ayırmaq istəmiş, lakin həmin vaxt Teymur ona da əl qol ataraq onu da vurmuş, sonra isə evdən çıxıb getmişdir. Teymur evdən çıxdıqdan sonra Gülnar özünə məxsus əşyaları aparmaq üçün yük maşını sifariş verib yükləri həmin maşına yükləyərək birlikdə Qobustan qəsəbəsində olan evlərinə getmək istəmişlər. Yolda olarkən Teymur qızı Gülnarın telefonuna zəng edərək soyuducunun geri qaytarmasının tələb etmiş, onlarda yoldan geri qayıdaraq saat 17:00 radələrində Teymurun evinə qayıtmışlar. Sonra Teymur əşyaları maşından götürərək həyətə atıb qabları sındırmışdır. Gülnar da Şəxs qabları sındırmağına irad tutmuş, bu səbəbdəndə aralarında yenidən münaqişə baş vermiş və münaqişə zəmnində Teymur yenidən qızı Gülnarı döyərək onun bədəninə xəsarət yetirməyə başlamışdır. Həmin vaxt o da qızı Gülnarı Teymurun əlindən almaq istəyəndə Teymur onun qolundan tutub itələyərək onu yerə yıxmışdır. Lakin o heç bir xəsarət almamış, ona görə də MTE-da tibbi müayinədən keçməkdən imtina etmişdir. Hazırda o, Şəxs Əbdül oğlunu bağışlamır. Məhkəmədən sonuncu barəsində ağır tənbeh verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında təqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Qüdrət Əliyevin tərəfindən xx xxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs Əbdül oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyətı əməməkdaşına həvalə edilməsi qərəara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 461 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, G.T.Babayevada sağ çiyin, sağ kürəkaltı nahiyələrinin, sağ bazunun və sağ saidin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tətəfindən yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərəaid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan izahatlar, o cümlədən protokolun məzmunu, hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokol, habelə məhkəmə baxışının gedişatında verilmiş izahatların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Şəxs Əbdül oğlunun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs Əbdül oğlu tərəfindən X6 və X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokol, ekspertiza rəyi, zərərçəkmiş şəxslərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində icraat aprılan şəxin himayəsində azyaşlı uşağının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Əbdül oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs Əbdül oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkilnna məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əbdül oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və 500 manat məbləğində cərimə edilsin. Şəxs Əbdül oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar