Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-922/2022 29.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv olunmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2022-ci il tarixdə saat 20:20-də idarə etdiyi “KAMAZ 65115 YÜK” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. O, etibarnamə əsasında “KAMAZ 65115 YÜK” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir və bununla ailəsinə baxır. O, İmişli rayonundan idarə etdiyi avtomobilə qum yükləyərək Bakı şəhərinə daşıyır və avtomobilinə maksimum kütləsi avtomobillə birlikdə 26 tona icazə verilir. Bunu nəzərə alaraq o, qum götürərkən həmin yükün avtomobillə çəkisini 26 tondan keçməməsinə nəzarət edir. Sonuncu dəfə DYP postunda isə onun avtomobilini çəkdikləri zaman müəyyən edilmişdir ki, avtomobilinin yüklə birlikdə çəkisi 35 tondur. Bu tamamilə haqsızlıqdır və o, artıq yük vurmamışdır. Əsassız olaraq onu 600 manat cərimə etmişlər. Onun himayəsində iki uşağı var, uşaqlarından biri anadangəlmə ikinci qrup əlildir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Həmin pulu ödəməyə imkanı yoxdur. Barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuşdur. Belə ki, protokol tərtib edilərkən avtomobilini çəkən texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri və həmin vasitənin serfikatın olub- olmaması göstərilməmişdir. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə serfikatı olmalıdır. Hesab edir ki, tam əsasız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında çıxış edərək YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Bundan əlavə o, qeyd etmişdir ki, avtomobilini çəkdikləri zaman avtomobilinin yüklə birlikdə çəkisi 35 ton müəyyən edilsə də YPX İnzibati Qrupunun polis kapitanı M.R.Mustafayev tərəfindən onunla bağlı protokol tərtib edilməyəcəyi ona bildirilmiş, lakin tərtib edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 15 avqust 2022-ci il tarixdə, saat 20:20-də Hacıqabul Horadiz yolunun 92-ci km-də Kamaz 65115 yük markalı 10NS610 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis kapitanı X3 tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-922/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-922/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver