Məhkəmə qərarları › İş №3(002)-924/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-924/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-924/2020 21.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlunun, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin bundan sonra– (Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə 00100-1631/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün toplanmış materiallar və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx xxxxxx 2015-ci il tarixdə **********9111 sorğu nömrəli və **********9120 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti ixrac" prosedurunda bəyan edilərək 34KZ3817/34KZ3825 nömrə nişanlı yük avtomobilində ümumilikdə 10820 manat dəyərindəki 1 ədəd “BMK” markalı qaynaq elektrodu qurutma sobası, 1 ədəd “RKM 800” markalı qaynaq aparatı, 6 ədəd “Phoenix 401” markalı qaynaq motoru, 6 ədəd qazaltı çantası, 10 ədəd “GWS 26- 230JH” markalı daş laqondası, 4 ədəd “GGS 28 LC” markalı daş laqondası, 16 ədəd “GWS 15-125” markalı daş laqondası, 10 ədəd elektrikli sıxma qurğusu, 1 ədəd “inverter 201” markalı qaynaq aparatı, 1 ədəd “Esab 810 C” markalı qaynaq aparatından ibarət malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının tələblərinə riayət edərək ən geci 36 ay (üç il) müddətinədək Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, yaxud başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarmamışdır. Belə ki, Bakı Baş Gömrük idarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən Şəxs MMC tərəfindən **********6497, **********5633, **********9111, **********9120 saylı GB əsasında müvəqqəti idxal edilmiş malların öhdəlik müddətinin bitməsinə baxmayaraq halhazıradək geriyə qaytarılmaması faktına görə raport daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat zamanı xx xxxx 2020-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, H.Əliyev prospekti 109 ünvanda yerləşən tikinti sahəsinin həyətindəki anbarda saxlanılan Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6497 sorğu nömrəli, **********5633 sorğu nömrəli, **********9111 sorğu nömrəli, **********9120 sorğu nömrəli Gömrük bəyannamələri ilə müvəqqəti idxal prosedurunda yerləşdirilmiş mallar yoxlanılmışdır. Yoxlama nəticəsində xx.xx.2014-cü il tarixli **********6497 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 12 ədəd ventilyator, 4 ədəd tikinti paneli yerində olsa da, 2 ədəd 50 tonluq, 2 ədəd 30 tonluq uzaqdan pultla idarə edilən qaldırıcı, 2 ədəd 3,5 tonluq transpalet lift, 1 ədəd 7.5 kvva 500 İt sarmaq kompressor yükünün yerində olmadığı; xx.xx.2014-cü il tarixi **********5633 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 3 ədəd “EVM Phoenix 401” marka qaynaq aparatı, 1 ədəd “Buggy” markalı qaynaq aparatının yerində olduğu, xx.xx.2015-ci il tarixli **********9111 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 1 ədəd “BMK” markalı qaynaq elektrodu qurutma peçi, 1 ədəd “RKM 800” markalı qaynaq aparatının yerində olduğu, xx.xx.2015-ci il tarixli **********9120 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 6 ədəd “Phoenix 401” markalı qaynaq motoru, 6 ədəd qazaltı çantası, 1 ədəd “inverter 201” markalı, 1 ədəd “Esab 810C” markalı qaynaq aparatı, 2 ədəd havalı sıxma qurğusu, 10 ədəd “GVVS 26-230JH” markalı, 4 ədəd “GVVS 288 LC” markalı daş laqondasının yerində olsa da, 16 ədəd “GVVS 15-125” markalı daş laqondası və 8 ədəd elektrikli sıxma qurğusunun yerində olmadığı müəyyən edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 00100-1631/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli 00100-1631/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. 34/013/04565 saylı xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/013312 nömrəli xx.xx.2020-ci il tarixli raport əsasında Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə 00100-1163/20 nömrəli iş üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti xx xxxxxx 2015-ci il tarixdə **********9111 sorğu nömrəli və **********9120 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti ixrac” prosedurunda bəyan edilərək 34KZ3817/34KZ3825 nömrə nişanlı yük avtomobilində ümumilikdə 10820 manat dəyərindəki 1 ədəd “BMK” markalı qaynaq elektrodu qurutma sobası, 1 ədəd “RKM 800” markalı qaynaq aparatı, 6 ədəd “Phoenix 401” markalı qaynaq motoru, 6 ədəd qazaltı çantası, 10 ədəd “GVVS 26-230JH” markalı daş laqondası, 4 ədəd “GGS 28 LC" markalı daş laqondası, 16 ədəd “GWS 15-125” markalı daş laqondası, 10 ədəd elektrikli sıxma qurğusu, 1 ədəd “inverter 201” markalı qaynaq aparatı, 1 ədəd “Esab 810 C” markalı qaynaq aparatından ibarət malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının tələblərinə riayət edərək ən geci 36 ay (üç il) müddətinədək Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, yaxud başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi -xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarmamışdır. Şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti barəsində **********5633 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə malları öhdəlik müddətinin son tarixinədək qaytarmamaqla törətdiyi xəta faktına və **********9111 sorğu nömrəli və **********9120 sorğu nömrəli Gömrük bəyannamələri üzrə malları öhdəlik müddətinin son tarixinədək qaytarmamaqla törətdiyi xəta faktına görə ayrı-ayrı Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati xəta haqqında icraat başlanılması qərara alınmışdır. X4 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 10.00 AZN olan “Şəxs" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci ildə dövlət qeydiyyatına alınmış və cəmiyyətin qanuni təmsilçisi X1r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi yalnız xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMC barəsində protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi müddətinin axımı Şəxs” MMC tərəfindən xx xxxxxx 2015-ci il tarixdə **********9111 sorğu nömrəli və **********9120 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti ixrac" prosedurunda bəyan edilmiş malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2013-cü il tarixli 244 nömrəli Qərarına əsasən ən geci 03 (üç) il müddətinədək Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı olduğu və ya yaxud başqa gömrük prosedurunda bəyan etməli olduğu, yəni müvəqqəti ixracın son tarixi xx xxxxxx 2018-ci ilin səhəri günündən başlandığından hazırki günədək bir ildən artıq müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi tarixdən bir ildən artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 109, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar