Məhkəmə qərarları › İş №3(002)-924/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-924/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-924/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2, Qaradağ rayon Mühafizə İdarəsinin polis nəfərləri, polis serjantı X3 və polis serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Rzalar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ünvanını bilmədiyi mənzildə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 23 avqust 2022-ci il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət Mərkəzində polisin qanuni tələblərinə tabe olmamış, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 avqust 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 23 avqust 2022-ci il tarixdə təxminən saat 19:20 radələrində “Meyvəli” Ticarət Mərkəzində Qaradağ rayon Mühafizə İdarəsinin polis nəfərləri iki nəfər şəxsin bir-biri ilə mübahisə edərək ictimai yerdə nalayiq ifadələr işlətdiyini görüb, həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim etmişlər. Onların barəsində müvafiq araşdırma aparılması üçün polis bölməsinə dəvət edərkən Taleh adlı vətəndaş özünü qeyr-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə həmin şəxsə fiziki qüvvə tətbiq olunaraq 10-cu PB-na gətirilmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 avqust 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Mühafizə İdarəsinin polis serjantı, polis nəfəri X3 öz izahatında göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə digər polis serjantı X4 ilə birlikdə xidmətdə olarkən təxminən saat 19:20 radələrində “Meyvəli” Ticarət Mərkəzində iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini, ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətdiyini görmüş, həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim etmişlər. Əvvəlcə onları nizam intizama dəvət etsələr də mübabhisə dayanmadığı üçün barələrində müvafiq araşdırma aparılması üçün polis bölməsinə dəvət etmişlər. Bu zaman Taleh adlı vətəndaş özünü qeyr-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış, yenə də mübahisə etdiyi şəxsin ünvanına avtopatrul maşınında nalayiq ifadələr işlədərək onu vurmuşdur. Nəticədə həmin şəxsə fiziki qüvvə tətbiq olunaraq 10-cu PB-na gətirilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Mühafizə İdarəsinin polis serjantı, polis nəfəri X4 oxşar izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ünvanını bilmədiyi mənzildə kirayədə ailəsi ilə birlikdə yaşayır, “Meyvəli” Ticarət Mərkəzində fəhləliklə məşğul olur. Hadisə baş verən gün, yəni, 24 avqust 2022-ci il tarixdə, saat 19:20 radələrində içkili vəziyyətdə olan iş yoldaşı Rüfət adlı şəxslə söhbət edərkən aralarında mübahisə yaranmış, bu zaman yaxınlıqda olna polis əməkdaşları onlara yaxınlaşaraq ictimai yerdə mübahisə etməməyi tələb etmişlər. Nəticədə polis əməkdaşları onların hər ikisinə güc tətbiq edərək xidməti maşına mindirmişlər. Xidməti maşında olarkən mübahisə etdiyi şəxs polisin yanında onun ünvanına nalayiq ifadə işlətdiyi üçün o da məcbur olub həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin özü polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və ya hər hansı nalayiq ifadə işlətməmişdir. O, öz izahatında da sonra törətdiyi əməlindən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, qoca anası və sağlamlıq imkanları məhdud qardaşının da onun himayəsində olmasını, həmçinin İkinci Qarabağ müharibəsində arxa cəbhədə könüllü olaraq işləməsini nəzərə alaraq ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 24 avqust 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 2/20022 nömrəli protokoldan aydın olur ki, Şəxs 23 avqust 2022-ci il tarixdə saat 21:15 radələrində tibbi müayinədən keçərkən onda alkoqol sərxoşluğu müşahidə olunmamış, vətəndaş ayıq olmuşdur. İnzibati materiala əlavə edilmiş 23 avqust 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 23 avqust 2022-ci il tarixdə saat 20:00-da tutulmuş və 24 avqust 2022-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar