Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-928/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs şirkətinin filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs şirkətinin filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1580/20 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, iş üzrə materialları və ona əlavə edilmiş sənədləri baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) Rusiya Federasiyasında fəaliyyət göstərən “AO DSV Air&Sea” şirkətindən ******* nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə H021096/10ZH732 nömrə nişanlı yük avtomobilində göndərilmiş 10 yerdən ibarət 9200 kq çəkidə “Barasure W-590” markalı bağlayıcı maddələri xx xxxx 2020-ci il tarixdə **********3017 sorğu nömrəli Gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edərkən malların mənşəyinə görə preferensiya müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişə uyğun "CT-1" formalı sertifikatda həmin malın adı qeyd olunmamasına baxmayaraq, başqa mala dair "CT-1" formalı sertifikatı təqdim etmiş və Dövlət Gömrük Komitəsinin AZƏRİ 01/29 nömrəli sertifikat, həmin sertifikata əlavələrdə həmin malın adı qeyd olunmamasına baxmayaraq 36-cı qrafada “300” qeydi ilə “Azəri çıraq” azadolma təyinatını müəyyən etməklə, mallara görə ödənilməli olan: 789.92 manat idxal rüsumu, 2985.90 manat əlavə dəyər vergisi, 240.00 manat əməliyyat haqqından ibarət ümumilikdə 4015 manat 82 qəpik gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bu fakt 34/012/017923 nömrəli xx.xx.2020-ci il tarixli, 34/013/020559 nömrəli xx.xx.2020-ci il tarixli və 34/012/020646 nömrəli xx.xx.2020-ci il tarixli raportlar, **********3017 sorğu nömrəli Gömrük bəyannaməsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ******* nömrəli CT-1 formalı sertifikat, Gömrük xidmətinin X1 Sistemi informasiya resursuna baxış protokolu, Mirzəyev Fərid ilham oğlu, X11, X5, X3, X8, X9, Kolumbiya Respublikası vətəndaşı X13 Arturonun izahatları və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Belə ki, “Sahil” gömrük postundan daxil olmuş 34/012/017923 nömrəli xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, "Şəxs" şirkətinin ünvanına ******* və ******* nömrəli invoysla daxil olan yüklərə son istifadə (**********3017). (20) prosedurları altında GB-si tərtib edilmişdir.Tərəfimdən yükə aid olan sənədlərə baxış keçirilmiş və uyğunsuzluq aşkar edilmişdir. Şirkət nümayəndəsi dəvət olunarq birlikdə baxış keçirilmiş və müəyyən olunmuşdur ki ,H021096/10ZH732 nömrəli avto maşında ******* nömrəli xx.xx.2020 tarixli yer sayı 8 olmaqla brutto çəkisi 7098.54 kq netto çəkisi 6803.91 kq olan STEELSEAL 100 nişanlı susuzlaşdırılmış neft kakosu , BP Exploration Limited şirkəti ilə bağlanmış **********(H- 17-BPCS-**********) nömrəli müqavilənin idxal və ixrac Vergilərindən azad olma haqqında verilmiş Sertifikat altında (AZƏRİ-01/08)siyahıda öz əksini tapmışdır. ******* nömrəli xx.xx.2020 tarixli yer sayı 10 olmaqla brutto çəkisi 10100.00 kq netto çəkisi 9200.00 kq olan BARASURE W- 590 nişanlı hazır bağlayıcı maddələr isə siyahıda mövcudluğu aşkar ediiməmişdir.Bu halda BARASURE W-590 nişanlı hazır bağlayıcı maddələr vergi rüsumlar tam ödəməklə sərbəst dövriyyə ücün buraxılış (40) gömrük proseduru altında bəyan olunaraq 3162 AZN ödəniş olunmalıdır.Əlavə olaraq bildirmək isdəyirəm ki BARASURE W-590 nişanlı hazır bağlayıcı maddələr "Şəxs" şirkəti tərəfindən sərbəst dövriyyə ücün buraxılış (40) gömrük proseduru altında dəfələrlə bəyan olunaraq rəsmiləşdirilmişdir. Araşdırma zamanı "Şəxs" şirkətinin Filialı tərəfindən İ **********017 sorğu nömrəli Gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş 'Barasure W-590” nişanlı hazır bağlayıcı maddələrin idxal/ixrac sertifikatı əsasında azadolmaya aid olub-olmamağını yoxlamadan ötrü Gömrük xidmətinin X1 Sistemi informasiya resursuna 0266 nömrəli xx.xx.2019-cu il tarixli ixtisas attestatlı X7 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "Şəxs" şirkətinin Filialına “Azəri çıraq” neft yatağının işlənməsindən ötrü Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ÄZƏRİ-01/08 nömrəli xx.xx.2020-ci il tarixli sertifikat əsasında idxal olunan XİF MN kodları üzrə 8 kod altında əsas və 36 məktubla serfıkata əlavə qismində malları imtiyazlı mal qismində ölkəyə idxal edilmək hüququ verilmişdir. **********017 sorğu nömrəli Gömrük bəyannaməsinə əlavə edilmiş “BİPi Eksploreyşn (Kaspian Si) Ltd” şirkətindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda istinad edilən ********** (H-17-BPCS-**********) nömrəli müqavilə üzrə Dövlət Gömrük Komitəsinə xx.xx.2019-cu il tarixli məktubla bağlı “Halliburton Eurasia Limited” şirkətinin HEL-20**-NM-*** nömrəli xx.xx.2020-ci il tarixli məktubunun müşayiəti ilə təqdim edilmiş siyahıda ********** alt yarımmövqeyində sinifləşdirilməli mallardan “EZ MUL NT” emulqator, “Celtone İİ” nişanlı hazır bağlayıcı maddələr qeyd olunsa da, “Barasure W-590” nişanlı bağlayıcı maddələr burada qeyd olunmamışdır. Materiala əlavə edilmiş **********2352 sorğu nömrəli xx.xx.2020-ci il tarixli və **********9248 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannamələrindən görünür ki, Şəxs şirkətinin filialı “Barasure W-590” markalı bağlayıcı maddələri əvvəllər Bakı Baş Gömrük İdarəsində bəyan edərkən “Azəri çıraq” neft yatağının işlənməsi ilə əlaqədar imtiyazlı mal kimi qeyd etməmişdir. Materiala əlavə edilmiş **********3017 sorğu nömrəli ******* nömrəli CT-1 formalı sertifikatdan görünür ki, həmin sertifikata əsaslanaraq “Barasure W- 590” markalı bağlayıcı maddələrin mənşəyi MDB iştiraçısı olan ölkələr arasında preferensiya müəyyən edildiyi qeyd olunsa da, faktiki olaraq sertifikatdabu mal deyil, “Baracarb 60” maddəsi qeyd olunmuşdur. Araşdırma zamanı "Şəxs” şirkətinin filialı tərəfindən idxal edilən yer sayı 10 olmaqla brutto çəkisi 10100.00 kq netto çəkisi 9200.00 kq olan BARASURE W- 590 nişanlı hazır bağlayıcı maddələri **********3017 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilərkən “CT-1” formalı mənşə sertifikatı olmadan sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi, təsir etdiyi halda ödənilməli olan gömrük ödənişlərinin məbləğini müəyyən etməkdən ötrü 34/013/020559 nömrəli xx.xx.2020-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya “Sahil” gömrük postundan verilən 34/012/020646 nömrəli xx.xx.2020-ci il tarixli cavab raportuna əsasən "Şəxs”(**********) şirkətinin ünvanına daxil olan yüklərə tərtib edilmiş **********3017 saylı gömrük bəyannaməsində invoys dəyəri 9293.17 dollar olduğu halda əlavə ödəniləcək gömrük ödənişləri: əməliyyat haqqı üzrə - 240.00 manat, idxal rüsumu üzrə 789.92 manat, ƏDV üzrə 2985.90 manat olmaqla, ümumi ödəniləcək əlavə gömrük ödənişləri məbləği isə 4015.82 AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin filialının etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs şirkətinin filialına idxal edilən Barasure VV-190 markalı bağlayıcı maddə idxal xx xxxx 2020-ci il tarixdə **********017 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin mallar “Azəri Çıraq” layihəsi üzrə idxal olunmasa da, yalnışlıqla bəyannamədə və sənədlərdə bu təyinatlı mal kimi qeyd olunmuşdur. Hazırda , Şəxs şirkətinin filialı tərəfindən yol verilmiş yalnışlığa görə yaranan bütün gömrük ödənişlərini ödənilmişdir. Sonda hüquqlarını müdafiə etdiyi hüquqi şəxs tərəfindən qeyd olunan xətanın ilk dəfə törədilməsini və ödənilməli olan gömrük ödənişlərinin tam ödənilməsini nəzərə alınaraq iş üzrə icraata İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Bakı Baş Gömrü İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs şirkətinin filialının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Statisika və İnformasiya Texnologiyaları Baş İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs şirkətinin filialı tərəfindən ödənilməli olan 4015,82 manat gömrük ödənişləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə tam ödənilmişdir. "Şəxs” şirkətinin filialının nümayəndəsi X6 xx.xx.2020-ci il tarixli 00100-1580/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə nümayəndəni dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs Şirkətinin filialı tərəfindən bəyan edilmiş mallardan əlavə bəyan olunmayan mallara görə ödənilməli olan 4015,82 manat vəsait Dövlət Gömrük Orqanına tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə görə, “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür və bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək və AR İXM-nin 505-ci maddəsinin qeydini nəzərə alaraq hesab edir ki, ödənilməli olan gömrük ödənişləri tam ödənildiyindən, hüquqi şəxs olan Şəxs şirkətinin filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs şirkətinin filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-928/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-928/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver