Məhkəmə qərarları › İş №3(002)-930/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-930/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-930/2020 24.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1599/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasından Kürdəmir rayonu, Yenikənd ünvanında qeydiyyatda olan Şəxs MMCnin ünvanına ** AA ***/35 AA348 nömrəli avtomaşınla, Z/20/101-3 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********0207 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 5 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/0xx-xx/003919 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş sınaq protokoluna əsasən Z/20/101-3 saylı xx.xx.2020-ci il tarixli invoysun üzrə idxal olunan sellülozik dolğu yükü XİF MN üzrə ********** saylı kod altında sinifləsdirildivi, yəni “15” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********0207 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş yüklərinin XİF MN üzrə ********** saylı kod altında sinifləşdirildiyi təqdirdə ŞəxsMMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 5447.65 azn, ƏDV üzrə 980.58 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. Belə ki, 2200-012/0xx-xx/003919 saylı, xx.xx.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 6463.63 manat əlavə ödəniş şirkət tərəfindən ödənmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 protokola etiraz edərək izahatında göstərmişdir ki, şirkət 1 (bir) ildir ölkəyə mal idxal edir və əsasən kimyəvi maddələrin idxalı ilə məşğul olmaqdadırlar. İran İslam Respublikasından “xxxx” MMC-nin ünvanına daxil olmuş yüklər BBGİ-də **********0207 saylı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müəyyən edilmişdir. Həmin yükləri ixrac bəyannaməsində göstərilən təsnifat koduna əsasən bəyan etmişlər. Lakin sözü gedən yüklər gömrük orqanında rəsmiləşdirərkən səlahiyyətli orqan tərəfindən həmin kodu dəqiqləşdirmək məqsədilə laboratoriyaya göndərilmiş və laboratoriya aktına əsasən həmin bəyannamə ilə bəyan edilmiş yüklərin ********** kod altında sinifləşdirilməsi və bu təqdirdə əlavə olaraq 5447.65 manat idxal gömrük rüsumu, 980.58 manat ƏDV, 30 manat elektron gömrük xidməti haqqı və 5.40 manat elektron gömrük xidməti üzrə ƏDV ödənilməsi müəyyən edilmişdir. Malların rəsmiləşdirilməsini başa çatdırılması məqsədilə qeyd olunan gömrük ödənişləri tərəflərindən tam ödənilmişdir. Hazırda laboratoriyanın rəyində göstərilən məbləğlə razı deyildir. Ona görəd də təmsilçisi olduğu hüquqi şəxs Şəxs MMC barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokola uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, 2200-012/0xxxx/003919 saylı, xx.xx.2020-ci il tarixli laboratoriya rəyinə əsasən **********0207 sorğu nömrəli gömrük bəyannaməsində malların bəyan edilərkən XİF MN kodunun Şəxs MMC tərəfindən düzgün göstərilmədiyi müəyyən olunmuş, bunun nəticəsində əlavə gömrük ödənişlərinin yaranmış və həmin əlavə ödəniş adı çəkilən hüquqi şəxs tərəfindən ödənilmişdir. Həmçinin izahatında göstərmişdir ki, Şəxs MMC barəsində xx.xx.2020-ci il tarixdə də İXM-nin 505-ci maddəsi ilə 00100-1225/20 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyanı tamamilə ödədiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Hüquqi şəxs tərəfindən eyni xətanın təkrar törədilməsini və tərəfindən İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinin iş materialları ilə tam sübuta yetirildiyini nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, İran İslam Respublikasından Kürdəmir rayonu, Yenikənd ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına ** AA ***/35 AA348 nömrəli avtomaşınla, Z/20/101 - 3 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********0207 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 5 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/0xx-xx/003919 saylı, xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən Z/20/101-3 saylı, xx.xx.2020-ci il tarixli invoysun üzrə idxal olunan sellülozik dolğu yükü XİF MN üzrə ********** saylı kod altında sinifləşdirildiyi, yəni “15” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********0207 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş yüklərinin XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi təqdirdə " Şəxs " MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 5447.65 azn, ƏDV üzrə 980.58 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. "Şəxs” MMC-nin nümayəndəsi X4 xx.xx.2020-ci il tarixli, 00100-1599/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Mərkəzi Gömrük Ekspertizasının 1400-012/00xx-xx/004792 nömrəli xx.xx.2020-ci il tarixli müraciət məktubu əsasında verilmiş xx.xx.2020-ci il labarotoriya rəyindən görünür ki, "Şəxs” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Z/20/101-3 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan Sealer (Sellülozik Dolğu)” adlı, nitrosellüloza (CAS 9004-70-0), qısa yağlı alkid qatranı (CAS 68333-62-0), butil asetat (CAS 123-86-4), etil asetat (CAS 141-78-6), metil asetat (CAS 79-20-9), stearatlar əsaslı, cilalana bilən taxta mebel səthinin hazırlanması üçün istifadə olunan tərkib XİF MN-ə görə 3214 90 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Z/20/101-3 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan “Sealer(Sellülozik Dolğu)” adlı, nitrosellüloza (CAS 9004-70-0), qısa yağlı alkid qatranı (CAS 68333-62-0), butil asetat (CAS 123-86-4), etil asetat (CAS 141-78-6), metil asetat (CAS 79-20-9), stearatlar əsaslı, cilalana bilən taxta mebel səthinin hazırlanması üçün istifadə olunan tərkib XİF MN-ə görə 3214 90 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X2 izahatını və gətirdiyi dəlilləri hüquqi şəxsin müdafiəsi kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə yəni, 6463,63 (altı min dörd yüz altmış üç manat altmış üç qəpik) məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar