Məhkəmə qərarları › İş №3(002)-931/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-931/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-931/2024 08.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 03 aprel 2024-cü il tarixli protokoldan aydın olur ki, Şəxs MMC 14190.00 Avro məbləğində vəsaiti 17 mart 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 14190.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 mart 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri Qaradağ rayon məhkəməsinə 03 aprel 2024-cü il tarixli, EP ******* saylı inzibati protokol təqdim etmişdir. Protokolda qeyd olunur ki, Şəxs MMC 14190.00 Avro məbləğində pul vəsaitini 17 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait məbləğində alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, həmin valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati protokolda qeyd etmişdir ki, Şəxs MMC 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Aşağıdakalara əsasən hesab edir ki, inzibati protokol əsassız olduğundan işə xitam verilməlidir. Belə ki, Şəxs MMC ilə İtaliyanın “Minotti Collezioni” SRL şirkəti arasında imzalanmış 15 mart 2022-ci il tarixli müqaviləyə əsasən kreslo, şkaf, masa və s. digər predmetlərin alınması üçün 14190.00 Avro məbləğində pul vəsaitini “Paşa Bank” vasitəsilə İtaliyanın “Cassa Rurale and Artigiana di Cantu” bankına köçürülmüş, həmin predmetlər 25 avqust 2022-ci il tarixdə “Mazımqara” gömrük postu vasitəsilə ölkəyə idxal olunmuşdur. Bunu **********9874 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi də təsdiq edir. Malların idxal edilməsinə dair gömrük bəyannamələri Paşabank ASC-yə vaxtında təqdim edilməmişdir. Buna görə də Paşabank ASC köçürülən pul vəsaitinin qaytarılmadığı və ya malların idxal edilmədiyi qənaətinə gələrək bu barədə Mərkəzi Banka məlumat vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı işi tam araşdırmadan, xaricə köçürülən pul vəsaitinin ölkəyə qaytarılması vəziyyətini müəyyən etmədən inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati protokolu tərtib edərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkəti işin araşdırılması üçün dəvət etməmiş, şirkətin nümayəndəsinin mövqeyi dinlənilməmiş, izahatı alınmamışdır. O öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin xəta tərkibi olmadığından, yəni “malların (xidmətlərin) ölkəyə idxal edilməməsi, həmin valyuta vəsaitini geri qaytarmaması” öz əksini tapmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "TVM İnşaat” MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə "TVM İnşaat” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan **********9874 sorğu nömrəli, xx.xx.2022-cil il tarixli gömrük bəyannaməsindən aydın olur ki, 14190.00 Avro məbləğində 02 ədəd kreslo, 01 ədəd şkaf və 01 ədəd masa “Mazımqara” gömrük postu vasitəsilə ölkəyə idxal olunmuş, “İpək yolu” gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçmişdir. Belə olan halda xaricə köçürülən pul müqabilində 02 il müddətində mallar ölkəyə idxal edildiyinə görə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar