Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-932/2022 07.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, X1 iştirakı ilə Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə müraciət edərək Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon DYP Şöbəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarı ilə AR İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Qaradağ rayon DYP Şöbəsinin qərarından narazıdır. xx.xx.2022-ci il tarixdə Qaradağ rayon ərazisində yerləşən Sədərək ticarət mərkəzinin yaxınlığındakı ərazidə avtomobil ilə hərəkət edən zaman dövlət yol patrul xidməti tərəfindən saxlanılmış, özünü təqdim edən polis serjantı Nərimanlı Sənan ona təhlükəsizlik kəmərini taxmadığı üçün saxla əmri verdiyini bildirmişdir. O isə öz növbəsində polis əməkdaşına bildirmişdir ki, ikinci qrup əlildir canının sağlığını hər şeydən üstün tutur. Buna görə də təhlükəsizlik kəmərini taxdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı heç bir əsas və ya sübut olmadan bir mənalı şəkildə təhlükəsizlik kəmərini taxmadığını bildirmişdir. O, polis serjantı Sənan Nərimanlıdan sübut tələb edəndən sonra ona sürməyini xahiş etmişdir. O, avtomobili ilə hərəkətə davam etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə digər patrul xidməti tərəfindən saxlanılanda avtomobilin dövlət qeydiyyat nişanını sistemə vuranda ona xx.xx.2022-ci il tarixdə təhlükəsizlik kəmərini taxmadığına görə cərimə yazıldığı bildirilmişdir. Bunu bildikdən sonra dərhal polis şöbəsindən qərarı alıb onların qanunsuz hərəkətlərindən narazı qalaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş AR İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli deyil. İş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, təqdim etdiyi şikayət ərizəsi oğlu tərəfindən yazılmış, Qaradağ rayon DYP Şöbəsinin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarı barədə məlumatı həmin qərarın çıxarıldığı tarixdən bir neçə gün sonra mobil telefonuna daxil olmuş sms-lə almışdır. Qeyd olunan qərarın inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar 19 iyul 2022-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Qaradağ Rayon Məhkəməsinə 29 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilməmiş, həmçinin şikayət ərizəsində də bununla əlaqədar heç bir üzrlü səbəb göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ə.D.Məmmədov Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X3 izah edilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-932/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-932/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver