Məhkəmə qərarları › İş №3(002)-932/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-932/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-932/2024 29.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* saylı, 24 yanvar 2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* saylı, 24 yanvar 2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin işçisi X1 Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, iş yerindən, məzuniyyət qaydalarından narazılığını bildirmişdir. X10 Xidməti bu şikayəti mahiyyəti üzrə araşdırılmamış, əlavə sənədlər tələb etmişdir. Bunun nəticəsində X10 Xidməti X2 haqq-hesabın vaxtında ödənilmədiyini əsas gətirmiş və bu əsasla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 700 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı bildirmək istəyir ki, X5 xx.xx.2018-ci il tarixdən Poladis MMC-də çalışmış, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi gün X5 ilə yekun hesablaşma aparılmış, onun son haqq-hesabı hesablanmış və ona xx.xx.2023-cü il tarixində (əmək mqaviləsinə xitam verildiyi gün) 1894.94 AZN məbləğində son haqqhesabı ödənilmişdir. Daha sonra son haqq-hesabın hesablanmasında riyazi səhvə yol verildiyi məlum olmuş, buna görə də X4 xx.xx.2023-cü il tarixdə əlavə olaraq 26.25 AZN məbləğində ödəniş edilmişdir. X10 Xidməti bu ödənişi İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində göstərilən inzibati xəta kimi qiymətləndirmiş və barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 700 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X10 Xidməti tərəfindən İXM-nin 192.4-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Bu da qeyd edilən qurumun inzibati portokol tərtib etməsində qərəzli olmasını, qeyd olunan hadisəni tam və obyektiv araşdırmamaFaktiki olaraq X2 haqqhesabın vaxtında ödənilməsi, son haqq-hesab ödənildikdən sonra barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati tənbeh tətbiq etmiş orqanın ərəzli olması, qərarın ədalətli olmaması, işin hallarına uyğun gəlməməsi, işin hallarının tam obyektiv araşdırılmadğından xx.xx.2024 tarixli, MN ******* nömrli qərarın ləğv edilməsi və işə xitam verilməsi xahiş olunmuşdur. X11 məhkəməyə ərizə ünvanlayaraq X10 Xidmətinin xx.xx.2024 tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahatında iş üzrə obyektiv araşdırma aparıldığını, X11 tərəfindən İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulması müəyyən edildiyindən sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirdi və əlavə olaraq göstərdi ki, qeyd olunan qərardan şikayət vermə müddəti keçmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, qərardan şikayət verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* saylı, 24 yanvar 2024-cü il tarixli qərarından şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar