Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-933/2024 09.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinin sahə rəisi X3, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Laçın rayonu, Çıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 05 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, MKİS-nin yanında X2 sözləri söyüb təhqir etmişdir və ona qarşı xırda xuliqanlıq etmişdir. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı ******* saylı, 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə rəisi X7 bildirmişdir ki, Şəxs 05 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, MKİS-nin yanında X2 sözləri söyüb təhqir etmişdir və ona qarşı xırda xuliqanlıq etmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində icarəyə götürdüyü yerdə tikinti işləri aparan zaman özü orda olmadan və xəbərdarlıq edilmədən sözü gedən tikinti MKİS işçiləri tərəfindən sökülmüşdür. Bundan sonra əsəbləşərək MKİS-ə getmiş və ona maddi ziyan vurulduğu üçün işçilərin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında X5 Əbil oğlu bildirmişdir ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qanunsuz tikinti aparmışdır. Sözü gedən qeyri-qanuni tikinti sökülüb əvvəlki halına qaytarılmışdır. 05 aprel 2024-cü il tarixdə Şəxs MKİS-nin qarşısına gələrək iş yoldaşlarının yanında ona küçə sözləri söyüb təhqir etmişdir. Şikayətçidir və ona qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmədə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-933/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-933/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver