Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-934/2022 30.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ora təhsilli, işləməyən, deməsinə görə İİİ qrup əlil olan, Cəbrayıl rayonu, Mərcanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 30 avqust 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 26 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yaşadığı evdə həyat yoldaşı Mehriban Quliyevanı döyərək sağlamlığna zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Azər Vəliyev tərəfindən qəbul edilmiş 13 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ər arvad olmaqla öz aralarında razılığa gəlmiş və barışmışlar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 öz izahatında bildirmişdir ki, Şəxs onun əridir. 2007-ci ildən bəri bir yerdədirlər. Birgə nikadan üç övladları var. Həyat yoldaşı tez-tez spirtli içki qəbul etdiyindən aralarında mübahisə yaranır. 26 iyul 2022-ci il tarixdə, təqribən saat 19:00 radələrində əri Nəsimi sərxoş vəziyyətdə evə gələrək onu heç bir səbəb olmadan təhqir etmiş, aralarında mübahisə yaranmış və Nəsimi ona xəsarət yetirmişdir. Hal-hazırda o, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, X4 onun arvadıdır. Özü xəstə olmaqla maddi vəziyyətləri yaxşı olmadığından dərdini dağıtmaq üçün tez-tez spirtli içki qəbul edir. O, zərərçəkmiş şəxs X2 döydüyünə görə özünü təqsirli bilir, əməlindən səmimi peşimandır, söz verir ki, bir daha spirtli içki qəbul etməyəcək. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 28 iyul 2022-ci il tarixli, 526 nömrəli “canlı şəxsin məhkəmə tibbi müayinəsi” aktından aydın olur ki, vətəndaş X1 bədənində aşkar edilmiş xəsarətlər- başın alın və sol yanaq nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl olmaqla zərərçəkənin göstərdiyi 26 iyul 2022-ci il tarixdə törənmişlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 məhkəmə iclasında ərizə təqdim edərək Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inizbati materiala xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışğı üçün işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasl İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-934/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-934/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver