Məhkəmə qərarları › İş №3(002)-934/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-934/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-934/2025 06.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis mayoru X1, Qaradağ RPİ-nin 10-cu PŞ-nın CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı X2 və polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1979-cu ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 06 may 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 05 may 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis mayoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 05 may 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində polis əməkdaşlarına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə 10-cu PŞ-na təmin olunmuşdur. Nəticədə Şəxs 05 may 2025-ci il tarixdə, saat 21:00 radələrində inzibati qaydada tutulmuş və 06 may 2025-ci il tarixdə barəsində İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən MN ******* saylı protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, onun barəsində tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X5 öz izahatında göstərmişdir ki, 05 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X6 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman Lökbatan qəsəbəsi, 28 may küçəsində bir nəfər şəxsin ünvansız söyüşlər söydüyünü görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, ictimai yerdə söyüş söyməməsini bildirmişlər. Bu zaman həmin şəxs onlarla mübahisə edərək tabesizlik göstərməyə başlamış və nalayiq söyüşlər söymüşdür. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmiş, şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxxx 1979-cu il təvəlüldlü Şəxsdur. Odur ki, həmin şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X6 öz izahatında yuxarıda qeyd edilən hadisə zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis mayoru X5 ilə birlikdə xidmətdə olduğunu bildirərək onun izahatda qeyd etdiklərini təsdiq etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, ünvan 2 ünvanında bacısı ilə birlikdə yaşayır, subaydır. 05 may 2025-ci il tarixdə, axşam saat 18 radlərində Lökbatan qəsəbəsi, “KATV” yolunda olan mağazadan çıxıb evə gedirmiş. Bu zaman üç nəfər sonradan özünü polis əməkdaşıları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq onu polisin xidməti maşınına əyləşdirmiş, istifadə etdiyi mobil telefonu açmasını ondan tələb etmişlər. Polis əməkdaşları telefonunu almış və ona qaytarmamışlar. Bundan sonra onu 10-cu PŞ-ya aparmışlar. O polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətmədiyini və onlara tabesizlik göstərmədiyini bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş 05 may 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 05 may 2025-ci il tarixdə, axşam saat 21:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01(bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 05 may 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın və həbs müddətinin sonu 04 iyun 2025-ci il, saat 21:00 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar