Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-935/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC ( VÖEN: ********** ) ünvanına 27BO568/27ZB138 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilən mallar **********4384 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmişdir. **********4384 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş mallara dair tərtib edilmiş **********591 nömrəli qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olduğu halda verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirir ki, İnzibati xəta haqqında protokolda əsas kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 920 saylı Fərmanına istinad edilmiş və qeyd olunmuşdur ki, gömrük sərhəddini keçməmişdən 1 (bir) saat əvvəl idxal olunan mallara görə qısa idxal bəyannaməsi təqdim edilməli, bəyannaməni bir saat yox 46 dəqiqə əvvəl təqdim etməyimiz inzibati xəta tərkibini yaratmışdır. Lakin Bakı Baş Gömrük İdarəsi nəzərə almamışdır ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasında qısa idxal bəyannaməsi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi halında inzibati xəta tərkibi yaradır. İndiki halda isə qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmişdir. Belə ki, onlar tərəfdən heç bir inzibati xəta hadisəsi törədilməmiş və bu səbəbdən barələrində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edirlər. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, Şəxs MMC ( VÖEN: ********** ) ünvanına 27BO568/27ZB138 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilən mallar **********4384 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmişdir. **********4384 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş mallara dair tərtib edilmiş **********591 nömrəli qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olduğu halda verilməmişdir və nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta törətmişdir. Bununlada, MOSS” MMC ( VÖEN: ********** ) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda əsas kimi Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/006056 nömrəli xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4384 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilǝrǝk rəsmiləşdirilmiş, Türkiyədən 27B0568/27ZB138 nömrəli nəqliyyat vasitəsində gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı, sözügedən malların daşındığı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 12.42-də daxil olduğu,lakin həmin yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş**********1591 sorğu nömrəli qısa idxal bəyannaməsinin isə xx.xx.2024- cü il saat11:56-da rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. xx.xx.2024-cü il tarixində sistemdə hər hansı nasazlığın olub-olmaması barədə məlumat əldə edilməsi üçün3-33-1100/2- 001542/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla AR DGK Rəqəmsal İdarəetmə Baş İdarəsinə müraciət olunmuşdur. Daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/1- 011885/2025 saylı cavab məktubunda xx.xx.2024-cü il tarixində X1 Sistemində texniki səbəbdən nasaqlız qeydə alınmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən əməlində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi olmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda əsas kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 920 saylı Fərmanına istinad edilmiş və qeyd olunmuşdur ki, gömrük sərhədini keçməmişdən 1 (bir) saat əvvəl idxal olunan mallara görə qısa idxal bəyannaməsi təqdim edilməli, bəyannamənin bir saat yox, 46 dəqiqə əvvəl təqdim edilməsi inzibati xəta tərkibini yaratmışdır. Lakin Bakı Baş Gömrük İdarəsi nəzərə almamışdır ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasında qısa idxal bəyannaməsi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi halında inzibati xəta tərkibi yaradır. Hazırki iş üzrə isə qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmişdir. Bundan başqa Gömrük Məcəlləsinin 113.3-cü maddəsində "qısa idxal bəyannaməsinin təqdim edilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi" göstərilmişdir. "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 28.5-ci maddəsində bu qaydaları müəyyən etmək səlahiyyəti Nazirlər Kabinetinə aid edilmişdir. "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarının 13-cü bəndində Qısa idxal bəyannaməsinin verilməsi qaydalarında bunun 1 saat əvvəl edilməsi müəyyən edilməmişdir. Başqa sözlə, qısa idxal bəyannaməsinin təqdim edilmə müddəti və qaydaları Prezident Fərmanı ilə deyil, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq normativ hüquqi aktla tənzimlənməlidir. Bu baxımdan, inzibati xəta haqqında protokolda qanunvericiliyin düzgün normativ aktına istinad olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC–nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. - Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-935/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-935/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver