Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-937/2024 30.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən Şəxs MMC (VÖEN: **********, Sumqayıt şəhəhəri, 13-cü mkr, ev 7A, mənzil 57) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala və xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına 77AB513/77AB514 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********5376 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara Xocasən gömrük terminalında birgə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5376 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "Etilen polimerlərindən torbalar (qalınlığı 17 mikron olan, üzəri çap olunmamış, polietilendən hazırlanmış rəngsiz, şəffaf qulplu torbalar)" yükünün mikrometr cihazı vasitəsilə ölçülməsi zamanı çəkisi 4533 kq olan üzərində "Freezer Bag 100%Food Grade" yazısı olan (qalınlığı 14 mikron); çəkisi 2760 kq olan üzərində "Jeyran" yazısı olan (qalınlığı 13 mikron); çəkisi 4012 kq olan üzərində "Arameh Plast" yazısı olan (qalınlığı 12 mikron), çəkisi 2089 kg olan üzərində "Dorsa" yazısı (qalınlığı 11 mikron), çəkisi 309 kq olan üzərində "BananfshehAriyana" yazısı (qalınlığı 11 mikron), çəkisi 8198 kq olan üzərində "Sunshine" yazısı (qalınlığı 11 mikron) şəffaf polietilen torbalar olduğu, həmçinin nəqliyyat vasitəsində bəyan edilmiş mallardan 5599 kq çəkidə qalınlığı 25 mikron olan şəffaf polietilen torbaların gömrük orqanına düzgün bəyan olunduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il **********5376 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli "Ətraf mühitin mühafizəsi" haqqında 678-İQ nömrəli Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə xx.xx.2024-cü il tarixli 3-33- 1800/2-000364/2024 saylı məktubla müraciət edilmiş, həmin idaradən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/1-001187/2024 №-li ekspert rəyine əsasən xx.xx.2024-cü il tarixli 17 nömrəli invoys sənədinin 1-ci mal mövqeyi üzrə idxal olunan "Nilex" adlı, Freezer bag 100% Food Grade" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 8.9 (0,089) mikron olan düzbucaglı formalı, rəngsiz, şəffaf torba, "Nilex" adlı, "Jeyran Freezer bag" nişanlı polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 8.9 (0,089) mikron olan düzbucaqlı formalı, rəngsiz. şeffaf torba; "Nilex" adlı, "Freezer bag Arameh Plast" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 8.6 (0,086) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf torba; "Nilex" adlı, "X5" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 6.9 (0,069) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf torba; "Nilex" adlı, "Ariyana Banafshen" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 13.9 (0,0139) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf torba; "Nilex" adlı, Sun Shine HDPE Bags" nişanli, polietilen (CAS 9002-88-4) əsasli, qalınlığı 12.7 (0.0127) mikron olan düzbucaglı formalı, rəngsiz, şəffaf torba Azerbaycan Respublikasınin 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli "Ətraf mühitin mühafizəsi" haqqında Qanununun 46-cı maddesinə əsasən qadağan olunmus mallar siyahısına aiddir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından 77AB513/77AB514 nömrə nişanli yük avtomaşınında 13.03 2024-cü il tarixli 17 nömrəli invoys senedinin 1-ci mal mövgeyi üzre idxal edilmiş 28.03 2024-cü il tarixli 3-33-1800/1-001187/2024 No-li ekspert rəyində gösterilən polietilen torbalar Azərbaycan Respublikasinin 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli "Ətraf mühitin mühafizəsi" haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Qeyd olunanlara əsasən, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən İran İslam Respublikasından 77AB513/77AB514 nömrə nişanli yük avtomaşınında Azərbaycan Respublikasinin 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli "Ətraf mühitin mühafizəsi" haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olan polietilen torbalar idxal etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan polietilen torbalar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-937/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-937/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver