Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-938/2020 11.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Göyüşlü Orxan Zakir oğlunun, tələbkarlar X6 vəX12nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoda göstərilmişdir ki, borclu Qəniyeva X8 rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəliyi heç bir üzürlü səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Göyüşlü Orxan Zakir oğlu məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, icra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu və tələbkarın ünvanına bildiriş göndərilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası könüllü təmin edilməmişdir. Şəxs məhkəmə qərarının icrası ilə bağlı borclu heç bir hərəkət etməyərək üzərinə qoyulmuş öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilən icra sənədini borclu könüllü olaraq yerinə yetirmədiyindən onun əmlakının və gəlirinin olması ilə bağlı müvafiq orqanlara sorğular verilmiş, lakin borclunun adına hər hansı daşınar və daşınmaz əmlak müəyyən edilməmişdir. Şəxs yaşadığı ünvana tələbin könülü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməkdən qəsdən boyun qaçırdığı üçün barəsində məcburi gətirmə haqqında qərar qəbul edilməsi üçün tərəfindən Qaradağ rayon məhkəməsinə təqdimatla müraciət edilmiş və məhkəmənin müvafiq qərarına əsasən borclu barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Borclu xx xxxxxx 2020 ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün icra şöbəsinə gətirilmişdir. Borclu Şəxs həmin gün izahatı alınmış və o, izahatında bildirmişdir ki, hal-hazırda karantin rejimi olduğundan heç bir yerdə işləmədiyi üçün və maddi imkanı aşağı olduğundan öhdəliyini icra edə bilməmişdir. Nəticədə Qaradağ rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il icra sənədinə əsasən borclu Şəxs borcunu qərəzli olaraq ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. X1 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qəniyeva Gülcənnət qızı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən ödənilməli borcla bağlı razılıq əldə ediklərini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edib bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən X7 və Şəxs İmamverdi qızından müştərək qaydada ümumilikdə 8500 manat pul tutularaq ona və X3 ödənilməli olsa da, borclu şəxslər icra sənədi üzrə öz öhdəliyini yerinə yetirməyərək, icra sənədinin icrasından yayınmışlar. Hazırda barəsində inzibati icraat aparılan Şəxs İmamverdi qızı ilə icra sənədi üzrə alınmalı borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılıq əldə etmişlər. Şəxs İmamverdi qızına qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq, sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı xx xxx 2019-cu il tarixli icra sənədindən xəbərdardır. Bu gün polis əməkdaşları tərəfindən saxlanıldıqda bilmişdir ki, məhkəmə tərəfindən icra şöbəsinə gətirilməsinə dair barəsində qərar qəbul olunub. İcra sənədini icra etməkdən yayınmır. Həmin icra sənədinə əsasən yaranmış ümumi 8500 manat məbləğində borcunu maddi imkanı aşağı olduğundan və heç yerdə işləmədiyindən ödəmək iqtidarında olmamışdır. Qeyd olunan icra sənədi üzrə öhdəliyini icra etmək niyyətindədir. Aşbazlıq işi ilə məşğul olduğundan bir neçə iş yerlərinə müraciət etmiş, lakin karantin rejimi olduğu üçün işə götürənlərdən müsbət cavab ala bilməmişdir. Gələcəkdə işlə təmin olunduqda ilk növbədə gəlirini icra sənədi üzrə tələbkarların xeyrinə ödəyəcəkdir. Hazırda tələbkarlarla borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılığa əldə etməsini sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinindən görünür ki, iddiaçılar X12 və X2 cavabdehlər X4 və Şəxs İmamverdi qızına qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehlər X7 və Şəxs İmamverdi qızından müştərək qaydada 4500 manat malın dəyəri, 4000 manat borc, cəmi 8500 manat pul tutularaq, iddiaçılar X12 və X3 ödənilməsi həmçinin məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər X4 və Şəxs İmamverdi qızına aid edilməsi, həmin məbləğin onlardan müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildiriş borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və inzibati xəta haqqında materiala əlavə edilmiş X6 və X12 tərəfindən birgə tərtib edilmiş ərizədən görünür ki, tələbkarlar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1184/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən ödənilməli olan 8500 (səkkiz min beş yüz) manat məbləğində borcun hissə-hissə ödənilməsi borclu Şəxs ilə aralarında razılıq əldə edərək sonuncuya qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs rəsmi iş yerinin, adına hər hansı daşınmaz, daşınar əmlakın və gəlirinin olması, həmçinin icra məmuru tərəfindən borclu Şəxs işlə təmin olunması barədə təklifi iş materialları ilə müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa tərəflərin məhkəmə baxışı zamanı vermiş olduqları izahatlardan və tələbkarlar tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən də məlum olur ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbkarlar X6 və X12 ilə borcun hissə-hissə ödənilməsi ilə bağlı razlıq eldə etmiş və sonuncuların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şəxs şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Göyüşlü Orxan Zakir oğlu tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-938/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-938/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver