Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-940/2022 31.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar Paşa Bank ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, qeyri-rəsmi Toboil YDM-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 31 avqust 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, e-MTT(113)-291/2022 nömrəli icra sənədinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsindən və onun üzərində yerləşən tikililər, qurğular, o cümlədən yanacaq doldurma məntəqəsindən, onun tərkib hissələrindən və istifadəsi üçün nəzərdə tutulmuş ləvazimatlarından istifadə X5 və qeyrilərinə qadağan edilməlidir. Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru R.İ.Mirzəpur tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, e-MTT(113)-291/2022 nömrəli, icra sənədi üzrə icraata 17 avqust 2022-ci il tarixli qərarla başlanılmış və tələbkar Paşa Bank ASC-nin nümayəndəsi ilə birlikdə icra sənədində qeyd olunan ünvanda yerləşən YDM-yə gedilmişdir. Həmin tarixdə “Toboil” yanacaqdoldurma məntəqəsinin istifadəsi qadağan edilmiş, həmçinin icra sənədində qeyd olunan qadağalar X5 elan edilmiş, məhkəmə qərarının icra etməkdən boyun qaçırmağa görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər barədə xəbərdarlıq olunmuşdur. YDM-də olan zaman torpağın mülkiyyətçisi olan X7 YDM-ni "xxxx" MMC-yə icarə verdiyini bildirmişdir. Daha sonra 26 avqust 2022-ci il tarixdə yenidən həmin əraziyə baxış keçirilmiş, bu zaman Şəxs özünü YDM-nin rəhbəri kimi təqdim etmiş, bütün şəxsi heyət onun tabeliyində olduğunu bildirmiş, bundan sonra həmin YDM-nin istifadəsinin qadağan olunması barədə məhkəmə qərarı elan olunmuş və məhkəmə qərarının icra etməkdən boyun qaçırmağa görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər barədə xəbərdarlıq olunmuşdur. Bununla bağlı 26 avqust 2022-ci il tarixli akt tərtib olunmuş, akt Şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 30 avqust 2022-ci il tarixdə Paşa Bank tərəfindən həmin ərazidə monitorinq keçirilmiş, yanacaq satılması barədə qəbz və videogörüntülər əldə olunmuşdur. Məhkəmə qərarının icra edilməməsinə görə Şəxs icra şöbəsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin protokolu imzalamaqdan imtina etmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. X7 ilə Paşa Bank ASC arasında 29 avqust 2022-ci il tarixdə qeyri-rəsmi görüş olması barədə məlumatlı idi. Həmin görüşün nəticələri barədə ona heç bir məlumat verilmədiyindən, həmçinin 31 avqust 2022-ci il tarixdə yanacaqdoldurma məntəqəsinə gəldikdə orada iddiaçı tərəfdən heç kimin olmadığını görmüş və hesab etmişdir ki, 29 avqust 2022-ci il tarixli görüş zamanı danışıqlar cavabdeh tərəfin yəni X4 xeyrinə müsbət həllini tapmışdır. Bu səbəbdən o, yanacaqdoldurma məntəqəsinin fəaliyyətini bərpa etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onunla cavabdehə aid şirkət arasında əmək müqaviləsi bağlanmamış, yanacaqdoldurma məntəqəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərsə də buna dair heç bir sənəd mövcud deyildir. Həmçinin icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi M.M.Abışov öz izahatında bildirmişdir ki, 26 avqust və 31 avqust tarixlərdə keçirilən monitorinq zamanı pozuntular aşkar edilmişdir. Məhkəmə qərarı elan olunarkən Şəxs orada olmuşdur. 26 avqust tarixdə ona 2-3 gün ərzində icra sənədi üzrə öhdəliklərinin yerinə yetirilməsi bildirilsə də Şəxs tərəfindən qərarın icrası 3 dəfə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, e-MTT(113)-291/2022 nömrəli icra sənədinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsindən və onun üzərində yerləşən tikililər, qurğular, o cümlədən yanacaq doldurma məntəqəsindən, onun tərkib hissələrindən və istifadəsi üçün nəzərdə tutulmuş ləvazimatlarından istifadə X5 və qeyrilərinə qadağan edilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, e- MTT(113)-291/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X5 göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-291/2022 saylı, 15 avqust 2022-ci il tarixli icra sənədi üzrə qadağalar elan olunmasına baxmayaraq məhkəmə qərarının icrasından yayınmışdır. İş materiallarında olan 17 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-291/2022 saylı, 15 avqust 2022-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə icra sənədində qeyd olunan X4 mülkiyyətində olan Qobustan qəsəbəsi Bakı Ələt yolunun 58-ci km-də yerləşən 0.3 ha torpaq sahəsində yerləşən “Toboil” yanacaqdoldurma məntəqəsində olmuşlar. İcra məmuru tərəfindən icra sənədində qeyd olunan qadağalar X5 və digərlərinə elan edilmiş, həmçinin məhkəmə qərarının icra etməkdən boyun qaçırmağa görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər barədə xəbərdarlıq olunmuş, aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-291/2022 saylı, 15 avqust 2022-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə icra sənədində qeyd olunan torpaq sahəsindən yerləşən “Toboil” yanacaqdoldurma məntəqəsində olmuş, YDM-in istifadəsi icra məmuru tərəfindən dayandırılmışdır. Həmçinin eyni tarixli aktda “Toboil” YDM-in rəhbəri kimi qeyd olunmuş Şəxs da icra məmuru tərəfindən məhkəmə qərarı elan edilmiş, məhkəmə qərarının icra etməkdən boyun qaçırmağa görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər barədə xəbərdarlıq olunmuş, “Toboil” YDM-in istifadəsi qadağan edilmişdir. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-291/2022 saylı, 15 avqust 2022-ci il tarixli icra sənədinin icrasından boyun qaçırdan Şəxs barəsində Qaradağ rayon İcra şöbəsində inzibati protokol tərtib olunan zaman sonuncu protokolu imza etməkdən imtina etmiş və protokol icra məmuru tərəfindən imza edilməklə təsdiq olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, e-MTT(113)-291/2022 nömrəli icra sənədinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsindən və onun üzərində yerləşən tikililər, qurğular, o cümlədən yanacaq doldurma məntəqəsindən, onun tərkib hissələrindən və istifadəsi üçün nəzərdə tutulmuş ləvazimatlarından istifadə X5 və qeyrilərinə qadağan edilməlidir. İcra sənədi üzrə icraata 17 avqust 2022-ci il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, Şəxs icra sənədinin icrasını təmin etməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, sadalanan hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxsin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 31 avqust 2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. . Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-940/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-940/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver