Məhkəmə qərarları › İş №3(002)-941/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-941/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-941/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Güzdək qəsəbəsi, Sovxoz evi ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 3, nömrəsiz ev ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanında əməsi X2 aralarında yaranmış mübahisə zəmnində döyərək sonuncunun sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs və X1 biri-birilərinə qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə araşdırma aparılmış və sonuncuların əməlilərində cinayət tərkibi olmadığından xx xxxx 2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncular barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Hacıhəsən Fərəcullayev onun əmisidir, sonuncu ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə babasının yas mərasim məclisini keçirmişlər. Həmin vaxt Hacıhəsənin azyaşlı nəvəsi döşəkcə aparan zaman o, ərkyana uşağın əlindən döşəkcəni alıb orada olan daşın üstünə qoyaraq oturmaq istəmişdir. Həmin vaxt döşəkcəni alarkən uşaq ehtiyyatsızlıqdan yerə yıxılmış, o da dərhal uşağı yerdən qaldırmış və bundan sonra uşaq onun yanından aralaşaraq çıxıb getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra əmisi arvadı Cahanə uşaqla birlikdə ona yaxınlaşıb nəvəsinin kim tərəfindən döyülməsini soruşmuşdur. O, Cahanəyə uşağı heç kimin döymədiyini, o, döşəyi alarkən uşağın ehtiyyatsızlıqdan özünün yerə yıxıldığını bildirmişdir. Bundan sonra əmisinin arvadı Cahanə üzünü nəvəsinə tutaraq “sənə deməmişəm hər cındırın, tulanın yanına getmə sözlərini demişdir”. Həmin vaxt orada qonşular olduğundan o, Cahanəyə heç bir söz deməmişdir. Daha onra məclis qurtardıqdan sonra evlərinə qayıtmışdır. Həmin gün saat 16:30 radələrində əmisi Hacıhəsənin yaşadığı evə gedərək onu səsləmiş və bir qədər keçdikdən sonra əmisi Hacıhəsən və onun arvadı Cahanə gəlmişlər. Bu zaman o, əmisinə yoldaşı Cahanənin onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmiş, Cahanə isə nalayiq ifadələri ona işlətmədiyini bildirmişdir. Həmin vaxt o da Cahanəyə “mənə nalayiq ifadələr işlədənin atasına lənət sözlərini demişdir”. Cahanə də cavabında onun atasının goruna nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, əmisi Hacıhəsənə “arvadını başa sal sənin yanında mənim və atamın ünvanına nalayiq ifadələr işlədir sözlərini demişdir.” Bu zaman əmisi Hacıhəsən Fərəcullayev onu söyüşlə təhqir edərək həyətlərindən çıxıb getməsini bildirmiş. O da əmisi Hacıhəsənin onu təhqir etməsinə iradını bildirdikdə onunla aralarında münaqişə baş vermiş və münaqişə zəmnində sonuncu yumruqla onun ağız və baş nahiyyəsinə vuraraq ona xəsarət yetirmiş, o da həmin vaxt əsəbi olduğu üçün əmisi Hacıhəsənin baş və sifət nahiyyələrindən vuraraq ona xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, Şəxs onun qardaşı oğludur, Mehrabla əvvəllər münasibətləri normal olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində həyətində olan zaman Mehrab onun həyətinə gələrək oğlunu çağırmış, o isə Mehraba yaxınlaşaraq oğlunun evdə olmadığını demişdir. Bu zaman Mehrab ona əsbi halda demişdir ki, “sənin arvadın Cahanə mənim və atamın ünvanına nəlayiq ifadələr işlədərək məni təhqir etmişdir.” O da Mehrabı sakitləşdirməyə çalışmış, lakin mehrab sakitləşmiyərək əksinə onun və yoldaşı Cahanənin ünvanına söyüşlər söyməyə başlamış, o da Mehraba iradını bildirən də aralarında münaqişə yaranmışdır. Münaqişə zəmnində Mehrab onu yumruq və sillə zərbələri ilə baş və sifət nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə müraciət edərək X2 bağışlamadığını və onunla barışmadığını nəzərə alınaraq məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında təqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Qüdrət Əliyevin tərəfindən xx xxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərardan görünür ki, Şəxs və X1 biri-birilərinə qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə araşdırma aparılmış və Şəxs və X1 əməlilərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx xxx 2020-ci il tarixli 368 saylı rəyindən görünür ki, H.V.Fərəcullayevdə sağ qaş nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 19.50-də Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X7 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan X4 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, iş üzrə keçirilmiş ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs oğlu xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanında əməsi X2 aralarında yaranmış mübahisə zəmnində döyərək sonuncunun sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində (İXM-nin 31.4-1) nəzərə alınmaqla müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o,məhkəmə iclas zalından dərhal buraxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (bir üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar