Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-943/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Sədrəddin Abuzər oğlunun sədrliyi, İsmayılova Layla Fərman qızının katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin ünvan 1 ünvanda yerləşən obyektdə xx xxxxxx 2020-ci il tarixdə saat 12:23 radələrində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələblər pozulmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakış əhəri X5 üzrə Baş İdarəsi tərəfindən «Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin211.2-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi X1 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:23 radələrində Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən Şəxsdə tədbir keçirilmiş və həmin vaxt işçilərin və vətəndaşların tibbi maskadan və dezinfeksiya məhlulundan düzgün istifadə etmədikləri müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan ŞəxsMMC-nin nümayəndəsi X2 etiraz təqdim edərək bildirmişdir ki, marketdə yoxlama barədə əvvəldən reyestrdə qeydiyyat aparılmalı olduğu halda qeydiyyat aparılmamış, hüquqi şəxsə və onun nümayəndəsinə məlumat verilməmiş, raport və ya akt tərtib edilməmiş, səlahiyyəti olmayan işçilər tərəfindən protokol tərtib edilmiş, market rəhbərliyinin dəfələrlə şifahi və yazılı tapşırıqlar verməsi və mağazaları maska və məhlullarla təmin etməsi nəzərə alınmamışdır. Habelə məsuliyyət hüquqi şəxsin deyil vəzifəli şəxsin üzərinə qoyulmalı olmasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə və inzibatı xəta haqqında protokolu tərtib etmiş quruma müəyyən edilmiş qaydada məlumatlandırılmalasına baxmayaraq, nümayəndələrin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, «Şəxs” MMC tərəfindən inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsinin izahatı ilə və inzibati xəta materialına əlavə olunmuş «Şəxs” MMC-nin adminstratoru F.Balakişiyevin izahatı və tərtib olunmuş aktla, habelə digər sübutlarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, «Şəxs” MMC epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə həmin tələblərin pozulmasının qarşısının alınmamasında ifadə olunan hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinəəsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrindən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-ci maddəsinəəsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə vəəmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinəəsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Şəxs” MMC barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, ona cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-2123-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : «Şəxs” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı ğündən on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sədrəddin Hacıyev
Məhkəmə qərarları › İş №3(002)-943/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-943/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver