Məhkəmə qərarları › İş №3(002)-944/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-944/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-944/2020 28.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi tərəfindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinin tələblərinə görə İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki,X4 barəsində protokol tərtib edilərkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən kobud yalnışlığa yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən aydın olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 anadan gəlmə eşitmə və danışma qüsurlu olduğuna baxmayaraq səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən vəkilin iştirakı təmin edilmədən, yalnız sonuncunun izahatı tərcüməçi qisimində işə buraxılmış atası X1 iştirakı ilə alınmışdır. Halbuki qanunvericiliyin tələblərinə görə lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göründüyü kimi, xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, eşitmə və danışma qüsurlu olan X4 barəsində protokol tərtib edilərkən vəkilin iştirakı məcburi olmasına baxmayaraq səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən vəkilin iştirakı təmin edilməyərək sonuncunun hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli protokol qərardadda göstərilmiş natamamlıqlar aradan qaldırıldıqdan sonra ona əlavə edilmiş sənədlərlə birlikdə yenidən inzibati xətanın baxıldığı yer üzrə göndərilə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62, 109, 114 və 118-сi maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Qaradağ RPİ-nin DYPŞ-nin baş inspektoru polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar