Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-944/2021 16.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis leytenantı X3, Zərərçəkmiş şəxs X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla, deməsinə görə Abşeron rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 11 iyul 2021-ci il tarixdə, saat 07:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nin qarşısında “Mercedes” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən 420 manat məbləğində pulu oğurlamışdır. Buna görə də onun barəsində 16 iyul 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə ispektoru, polis leytenantı X5 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, protokol 16 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və iş materiallarına əsasən, X2 11 iyul 2021-ci il tarixdə ərizə ilə 10-cu PB-nə müraciət edərək həmin tarixdə saat təxminən 07:00 radələrində “Meyvəli” bazarında saxladığı “Mercedes” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşan zamanı 420 manat pulun arabaçı tərəfindən oğurlandığını bildirmişdir. Aparılan araşdırma zamanı 10-cu PB-nin əməkdaşları tərəfindən zərərçəkmişin avtomaşınından oğurluq edən şəxs müəyyən edilmiş, həmin şəxsin Şəxs olduğu aşkar edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs dəymiş ziyanın ödənilməsi üçün şərait yaradılsa da hazırda onun tərəfindən dəymiş zərər ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, o, “Meyvəli” bazarına meyvə gətirməklə meyvələrin pərakəndə satışı ilə məşğuldur. Özü də “Vətən” müharibəsində iştirak etmiş və yaralanmış, hazırda da bədənində qəlpə yaraları mövcuddur. O, Qarabağın azadlığı uğrunda qəhrəmanca vuruşduqdan sonra Bakıya qayıtmış və ailəsi üçün yeganə qazanc mənbəyidir. Ticarətlə məşğul olduğu üçün tez-tez nisyə mal almış və borc pullar götürmüşdür. Həmin oğurlanan pul da alınacaq mallar qarşılığında ona verilmişdir. O, Şəxs şəxsən tanımamış, bazarda arabaçı kimi tanımışdır. Buna görə də malları avtomobilinə yükləməsi üçün Samirə pul vermiş və avtomobilinin yerini göstərmişdir. Daha sonra avtomobilinə yaxınlaşdıqda avtomobilin ön hissəsində, oturacağın yanında olan 420 manat pulun oğurlandığını görmüş və 10-cu PB-nə müraciət etmişdir. Ona vurulmuş ziyan ödənilmədiyi və həmin şəxsin tufeyli həyat tərzi keçirərək onun zəhmətlə qazandığı pulu 2-3 gün ərzində narkotik vasitələrə və qumar oyunlarına xərclədiyini öyrəndiyi üçün Şəxs barəsində inzibati qaydada həbs növündə tənbeh tədbirinin tədbiq edilməsini və ona vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında yuxarıda qeyd olunan xırda talamanın onun tərəfindən törədildiyini və vurduğu ziyanı ümumiyyətlə ödəyə bilməyəcəyini, pulu xərclədiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama iş materilalları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona yuxarı hədddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 3 iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 16 iyul 2021-ci il saat 16:45-dən hesablansın, həbsin sonu 16 oktyabr 2021-ci il saat 16:45 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin.
4. Zərərçəkmiş şəxsə izah edilsin ki, inzibati xəta nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 5.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 6.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov