Məhkəmə qərarları › İş №3(002)-946/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-946/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-946/2021 17.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri polis kiçik serjantı X3 və polis sıravisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Vətən müharibəsinin iştirakçısı olmaqla “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş MN ******* saylı 17 iyul 2021-ci il tarixli inzibati protokoldan aydın olur ki, Şəxs 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qardağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri raportla məruzə etmişlər ki, 16 iyul 2021-ci il tarixdə saat 17:50 radələrində Sahil qəsəbəsi, E.Quliyev küçəsində xidmətda olan zaman VAZ 2106 markalı, **-CP-*** dövlət qedyiyyat nişanlı avtomobil qəsəbə daxilində yüksək sürətlə hərəkət etdiyini müşahidə etmişlər. Bir neçə dəfə xəbərdarlıq etmələrinə baxmayaraq Şəxs polisin qanuni tələblərinə məhəl qoymamışdır. Polis nəfərləri daha sonra Şəxs ilə söhbət edərkən onun yanında olan dostu X5 polis əməkdaşlarına nalayiq söyüşlər söyərək onları vurmaq istəmişdir. Daha sonra hər iki şəxs 38-ci PB-nə dəvət olunmuşlar. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs səmimi peşman olmaqla “Vətən” müharibəsində iştirakını və təltif olunmasının nəzərə alaraq polis işçilərinin halhazırda ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri polis kiçik serjantı X6 və polis sıravisi X8 eyni məzmunlu izahat verərək bildirmişlər ki, 16 iyul 2021-ci il tarixdə Sahil qəsəbəsində xidmətdə olarkən VAZ 2106 markalı, **-CP-*** dövlət qedyiyyat nişanlı avtomobilin qəsəbə ərazisində yüksək sürətlə hərəkət edərək dəfələrlə qəza şəraiti yaratdığını gördükləri üçün həmin avtomobil tərəflərindən saxlanılmış və avtomobildə olan şəxslərə xəbərdarlıq olunmuşdur. Daha sonra onlar xidmətlərinə davam edən zaman efir vasitəsi ilə onlar köməyə çağırılmışlar. Onlar hadisə yerinə yaxınlaşdıqda yenə də həmin avtomobildə olan X5 və Şəxs polisin qanuni tələblərinə tabe olamayaraq polis əməkdaşları ilə mübahisə etdiklərini və polisə əl-qol atdıqlarını görmüşlər. Bundan sonra polis əməkdaşlarının köməkliyi ilə həmin şəxslər 38-ci PB-nə gətirilmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə dostu ilə birlikdə qəbiristanlıq ziyarətindən qayıdarkən Sahil qəsəbəsində polis əməkdaşlarının onların olduğu avtomobilə diqqətlə baxdığını görmüşdür. O, bunun səbəbini soruşmaq üçün maşından düşmüş və polis əməkdaşlarına yaxınlaşmışdır. Daha sonra avtomobildə olan dostu maşından düşərək əsəbləşdiyi üçün polislərin ünvanına kobud ifadələr işlətməklə mübahisə etməyə başlamış və buna görə də polis əməkdaşları ilə aralarında müəyyən anlaşılmazlıqlar olmuşdur. Əlavə olaraq bildirmişdir ki, “Vətən” müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Döyüşlərdə fəal iştirak etmiş, bir çox hadisə şahidi olmuş, ətrafında bir çox əsgər yoldaşı şəhid olmuşdur. Bütün bunlar onun psixologiyasına mənfi təsir etdiyindən sinir sistemi pozulmuşdur. Tutduğu əməldən semimi peşiman olduğunu və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 16 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 16 iyul 2021-ci il tarixdə saat 18:35 radələrində inzibati qaydada tutulmuş və 17 iyul 2021-ci il tarixdə saat 11:30-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 16 iyul 2021-ci il tarixli, 2/9691 saylı protokoldan aydın olur ki, Şəxs 16 iyul 2021-ci il tarixdə saat 23:35 radələrində müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs şəxsiyyətini, onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar