Məhkəmə qərarları › İş №3(002)-947/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-947/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-947/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “xxxx” MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan «xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan ünvan 3 mənzil 21A ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94319290 nömrəli vaqonun üzərində olan AMFU 365766 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********0249 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2020-ci il tarixdə Abseron” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********249 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərdən əlavə gömrük orqanına bəyan edilməyən 2 ədəd usaq masını, üzərində markalanma göstəricisi olmayan 1 dəst, üzərində “Company” yazısı olan 1 dəst və üzərində “JEEP” yazısı olan dəst olmaqla ümumilikdə 3 dəst avtomobil oturacaqları üçün örtük yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 2 ədəd usaq masını, üzərində markalanma göstəricisi oİmavan 1 dəst, üzərində “Company” yazısı olan 1 dəst və üzərində “JEEP” yazısı olan 1 dəst oİmaqla,ümumilikdə 3 dəst avtomobil oturacaqları üçün örtük yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 400-013/0xx-xx/004824 saylı, xx.xx.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/2227 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd Çində istehsal olunmuş, akumlvatorla işləyən usaq maşınının orta bazar qiymətinin 360,00 manat, 1 dəst Cində istehsal olunmuş, üzərində markalanma göstəricisi olmayan avtomobillər üçün oturacaq üzlüyünün orta bazar qiymətinin 90,00 manat, 1 dəst Çində istehsal olunmuş, üzərində “Company” yazısı olan avtomobillər üçün oturacaq üzlüyünün orta bazar qiymətinin 100,00 manat, 1 dəst Çində istehsal olunmuş, üzərində “JEEP” yazısı olan avtomobillər üçün oturacaq üzlüyünün orta bazar qiymətinin 100,00 manat, təqdim edilmiş 4 adda əşyaların ümumilikdə xx.xx.2020-ci il tarixə olan orta bazar qiymətinin 650,00 (altı) yüz əlli) manat olduğu müəyyən olunmuşdur. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 mənzil 21A ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən adları və sayları yuxarıda qeyd edilən malların orta bazar qiyməti 650,00 (altı yüz əlli) manat təşkil edir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Çin Xalq Respublikasından Gəncə şəhəri, Aydınbəyov,ev 27,mənzil 21A ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına 94319290 nömrəli vaqonda üzərinə qoyulmuş AMFU8865766 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş **********0249 sorğunömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində 170 yerdən ibarət qarışıq yükə “Abşeron” gömrük postununda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı 2 ədəd uşaq maşını və 3 ədəd maşın ayaqaltısının bəyan edilmədiyi aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 2 ədəd usaq maşını, üzərində markalanma göstəricisi olmayan 1 dəst, üzərində “Company” yazısı olan 1 dəst və üzərində “JEEP" yazısı olan 1 dəst olmaqla ümumilikdə 3 dəst avtomobil oturacaqları üçün örtük yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/004824 saylı, xx.xx.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsəsən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin, indiyədək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən heç bir cavab daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2227 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda əşyaların ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 650.00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 faizi miqdarında cərimə edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir.Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti «xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 260 (iki yüzaltımış) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar