Məhkəmə qərarları › İş №3(002)-949/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-949/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-949/2022 05.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytentenantı X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 05 sentyabr 2022-ci il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 01 avqust 2022-ci il tarixdə, səhər saat 08:00 radələrində ünvan 4 ünvanında arvadı X2 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PBnın sahə inspektoru X8 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru X8 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyovun 10 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində inzibati icraat açılaraq AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsi və aralarında gələcəkdə xoşagəlməz hadisələrin baş verə bilməsinin qarşısını almaq məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınması üçün aidiyyatı əməkdaşa həvalə olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və X3 göndərilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, Şəxs ilə on ildir ki, evlidir. Birgə nikahdan iki azyaşlı qız övladı var. Şəxs bundan əvvəl də bir neçə dəfə də onu döymüş və ona müxtəlif xəsarətlər yetirmişdir. 01 avqust 2022-ci il tarixdə, səhər saatlarında Şəxs ilə yaşadıqları mənzildə mübahisə baş vermiş və mübahisə zamanı onu şillə ilə vurmuş boğazından tutaraq onu boğmağa çalışmışdır. O bu hadisədən sonra birlikdə yaşadıqları evi tərk etmiş və anasının yanına qayıtmışdır. Lakin Şəxs onun hal-hazırda yaşadığı evə də gələrək onu narahat edir, valideynlərinin və qonşularının yanında ona qarşı nalayiq ifadələr işlədir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, maddi sıxıntılar və işsizlik səbəbindən ruh düşkünlüyü yaşayır. Buna görə də ailələrində tez-tez həyat yoldaşı ilə mübahisələri yaranır. Həqiqətən də 01 avqust 2022-ci il tarixdə, səhər saatlarında X4 ilə yenə aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşərək onu şillə ilə vurmuşdur. Lakin bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, iki azyaşlı qız övladı olmaqla arvadı ilə barışmaq üçün bir neçə dəfə onların yaşadığı mənzilə getmiş, lakin barışıq əldə edə bilməmiş, lakin heç kimə qarşı hər hansı bir qanunsuz hərəkətlər etməmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 02 avqust 2022-ci il tarixli 540 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – boyun nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 01 avqust 2022-ci il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, şəxsiyyətini və ailəsinin maddi vəziyyətini nəzərə alaraq onun barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar