Məhkəmə qərarları › İş №3(002)-950/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-950/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-950/2020 14.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantıX4nun, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əlavə olaraq polis əməkdaşlarını təhqir etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X4 protokola uyğun çıxış edib izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölmsinin əməkdaşları Murad Əhmədəliyev və Elşad Qurbanov xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində xidmətdə olan zaman İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Sənan Quliyev adlı soyadlı şəxsi sərxoşluğunu müəyyən etmək üçün polis bölməsindən tibbi müəayinəyə aparan zaman bir nəfər cavan oğlan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PBnin qarşısında polis əməkdaşlarının qarşısını kəsərək yüksək səslə Sənan Quliyevi nə səbəbə saxladıqlarını və əməkdaşlara Sənan adlı şəxsi dərhal buraxmalarını bildirmişdir. Polis əməkdaşları həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu öz qanunsuz hərəkətlərini davam etdirərək əməkdaşları nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Həmin şəxs öz qanunsuz hərəkətlərinə son qoymadığı üçün saxlanılaraq polis əməkdaşları tərəfindən Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində saxlanılan şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Şəxs olduğu məlum olmuşdur. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Sənqaçal qəsəbəsində dostu Sənan adlı şəxslə birlikdə dəniz kənarında spirtli içki qəbul etmişlər. Bir qədər keçdikdən sonra dəniz kənarında xidməti vəzifəsini aparan Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşı Ruhin Qurbanovu görərmüşlər. Həmin vaxtı dostu Sənan Quliyev içkili halda Ruhin Qurbanova yaxınlaşaraq heç bir səbəb olmadan onu təhqir etməyə başladı. Bundan sonra X6 Quliyevə yaxınlaşıb özünü təqdim edib Sənan Quuliyevə sənədlərini təqdim etməsini bildirsə də, sonuncu sənədlərini təqdim etməkdən imtina etmişdir. Sənan Quliyev polisin qanuni göstərişinə əməl etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aparılmışdır. O da Sənanla dostluq etdiyi üçün Sənan barədə məlumat almaq üçün sonradan polis bölməsinə getmiş, bu zaman polis əməkdaşlarının Sənanı polis maşınına mindirdiklərini görmüş və həmin vaxtı sərxoş olduğu üçün polis əməkdaşlarını söyüşlə təhqir edərək Sənanı buraxmaqlarını bildirmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərini davam etdirmişdir. O, öz qanunsuz hərəkətlərinə son qoymadığı üçün polis əməkdaşları onu saxlayaraq 11-ci Polis Bölməsinə gətirmişlər. Hazırda əməlindən çox peşmandır, polis əməkdaşlarından üzr istəyir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşı Elşad Qurbanovla birlikdə xidmətidə olarkən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Sənan Quliyev adlı soyadlı şəxsi sərxoşluğunu müəyyən etmək üçün post patrula mindirib tibbi müəayinəyə aparmaq istəyən zaman bir nəfər cavan oğlan onların qarşısını kəsərək yüksək səslə Sənan Quliyevi nə səbəbə saxladıqlarını və onlara Sənan adlı şəxsi dərhal buraxmalarını bildirmişdir. Bundan sonra həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu öz qanunsuz hərəkətlərini davam etdirərək onu və digər əməkdaş Elşən Qurbanovu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Həmin şəxs öz qanunsuz hərəkətlərinə son qoymadığı üçün saxlanılaraq tərəflərindən Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1989cu ildə Bakı şəhərində anadan olmuş Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 21.20-də Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X4 tərəfindən inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 2/5573 saylı, xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu orta dərəcəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs. xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsiİnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyeti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxx 2020-ci il, saat 21:20-dən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 21:20dən hesablansın. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar