Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-951/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X4, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 15 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Qaçqınlar qəsəbəsində X2 nəlayiq söyüşlərlə təhqir edib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu əsasdan Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X6 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq toplanmış iş materialları və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X6 tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Qaçqınlar qəsəbəsində X1 ünvanına nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Göstərilənlərə əsasən, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən anası Məmişova Sona xanım Aslan qızına Müşviqabad qəsəbəsi, yeni yaşayış massivi, bina 5-in arxa tərəfində 40 kvadrat torpaq sahəsi rəsmi qaydada verilmişdir. Lakin binadan biraz aralıda yerləşən 8-ci binada yaşayan Şəxs yaşadığı binanın eyvan tərəfinə təsadüf etdiyindən sonuncu həmin torpaq sahəsində onların tikinti işləri aparmasına maneçilik törədərək mütəmadi olaraq nəlayiq söyüşlərlə onu və ailə üzvlərini təhqir edir. xx xxxxxx 2020-ci il tarixdə onlar arasında yenidən həmin məsələ ilə bağlı mübahisə yaranmış və mübahisə zəmnində Şəxs onları yenidən nəlayiq ifadələrlə söyüb təhqir etmişdir. Hazırda Şəxs şikayətçi olmasının nəzərə alınaraq sonuncu barəsində qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, o, ünvan 1 mənzil 15 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı binanın arxasındakı torpaq sahəsinə görə qonşusu Nəcəfov Əlizaminlə aralarında anlaşılmazlıq vardır. Həmçinin həmin torpaq sahəsində ağacları o əkmiş, lakin həmin torpaq sahəsinin nə ona, nə də Əlizaminə məxsus olması ilə bağlı hər hansı bir rəsmi sənəd mövcud deyildir. Buna baxmayaraq Nəcəfov Əlizaminin onun yaşadığı binanın eyvanının alt hissəsində yerləşən torpaq sahəsində tikinti işləri aparmağa başlamış və torpaq sahəsinin onun yaşadığı binanın eyvan tərəfinə təsadüf etdiyindən X3 həmin tikintinin aparmasına etiraz etmiş və bu səbəbdən də aralarında neçə vaxtdır ki, narazılıq yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə Əlizaminlə aralarında həmin məsələ ilə bağlı yenidən mübahisə düşmüş və mübahisə zəmnində Nəcəfov Əlizamin onu nəlayiq ifadələrlə söyüb təhqir etmiş, o da və buna müvafiq olaraq da Əlizamini söyərək təhqir etmişdir.Son olaraq məhkəməyə müraciət edib əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır, Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Beləliklə məhkəmə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, etdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs göstərdiyi hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-951/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-951/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver