Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-952/2022 29.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, X4 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə 06 iyul 1967-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu, Bozalqanlı kəndində yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X4 Xidmətindən Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.7-ci bəndinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı”, həmin Məcəllənin 224.4.9-cu bəndinə əsasən, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərini və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdırlar. “Mercedes” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs sərnişin daşıma fəaliyyətinə dair qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs tərəfindən MN ******* nömrəli protokol üzrə X1 hesabına 50 manat ödənildiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan X4 Xidməti tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 01 avqust 2022-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində idarə etdiyi “Mercedes” markalı”, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olması aşkar olunmuş və o, qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X5 tərəfindən MN ******* nömrəli protokol üzrə 50 manat X1 hesabına ödənilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Belə ki, X4 Xidməti tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 01 avqust 2022-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində idarə etdiyi “Mercedes” markalı”, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olması aşkar olunmuş və o, qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə X5 tərəfindən törədilmiş inzibati xəta üzrə müəyyən olunmuş cərimə ödənildiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 552-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-952/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-952/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver