Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-957/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Salyan rayonu, Qubalı kəndində anadan olmuş, ali təhsilli, ailəli, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-3637/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 9441,35 ABŞ dolları məbləğində əsas borc, 1025,43 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, 88,50 ABŞ dolları cərimə, cəmi 10555 (on min beş yüz əlli beş) ABŞ dolları 28 (iyirmi səkkiz) sent icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləği “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulması, Şəxs məxsus “CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil ixtisaslaşdırılmış açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsaitdən 10555 (on min beş yüz əlli beş) ABŞ dolları 28 (iyirmi səkkiz) sent icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləği “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, avtomobilin satışından götürülmüş məbləğ “xxxx” (Azərbaycan ) ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ Şəxs “xxxx” (Azərbaycan ) ASC-nin xeyrinə tutulması, avtomobilin satışından əldə edilmiş məbləğ “xxxx” (Azərbaycan ) ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ Şəxs qaytarılması qət edilmişdir. İcra sənədi xx xxx 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs şəxsən təqdim edilmiş, lakin icra sənədinin icrası bu günədək könüllü təmin edilməmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edib, əlavə olaraq bildirmişdir ki, icra sənədinin icrası ilə əlaqədar mümkün icra tədbirləri həyata keçirilsə də, borclu Qaradağ Rayon Məhkəməsinin 2(002)-3637/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu şöbəyə dəvət edilərək izahatı alınmış və o, izahatında həmin “CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə başqa şəxsə satıldığını və həmin avtomobilin olduğu yer barədə məlumatının olmadığını bildirərək borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir, CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili 2013-cü ildə “xxxx” (Azərbaycan) ASC-də kredit müqaviləsi əsasında almışdır. Həmin kredit müqaviləsi əsasında banka 22 ay müddətində ödəniş etsə də, sonradan maddi imkanı çətinləşdiyi üçün bankın ödənişlərini edə bilməmişdir. Bu səbəbdən də təxminən 2016-cı ilin payız aylarında avtomobili Hikmət adlı şəxsə aralarındakı razılaşmaya əsasən etibarnamə əsasında satmışdır. Lakin Hikmət adlı şəxs aralarındakı razılaşmaya əməl etmədiyindən o, notariat kontoruna müraciət edib etibarnaməni ləğv etdirmişdir. Hikmət CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili ona geri qaytarmadığına görə bununla bağlı BDYPİ-nə müraciət etmiş, lakin bu günə qədər ona heç bir cavab verilməmişdir. Hazırda həmin avtomobilin harada olmasından xəbəri yoxdur. Avtomobil tapıldıqdan sonra İcra sənədinə əsasən açıq hərracdan satılarsa, çatışmayan məbləği tam icra edəcəkdir. Öz məsuliyyətini dərk edir, əməlindən peşmandır. Qeyd etdiklərini nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3637/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 9441,35 ABŞ dolları məbləğində əsas borc, 1025,43 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, 88,50 ABŞ dolları cərimə, cəmi 10555 (on min beş yüz əlli beş) ABŞ dolları 28 (iyirmi səkkiz) sent icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləği “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulmuş, Şəxs məxsus “CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil ixtisaslaşdırılmış açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsaitdən 10555 (on min beş yüz əlli beş) ABŞ dolları 28 (iyirmi səkkiz) sent icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləği “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə ödəniləsi, avtomobilin satışından götürülmüş məbləğ “xxxx” (Azərbaycan ) ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ Şəxs “xxxx” (Azərbaycan ) ASC-nin xeyrinə tutulması, avtomobilin satışından əldə edilmiş məbləğ “xxxx” (Azərbaycan ) ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ Şəxs qaytarılması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3637/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir; Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Abuzər Əlizadə tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 67435/2020-34-11-006 saylı xəbərdarlıq məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(022)-3637/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs 10555,28 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumu alınaraq “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulmaqla, tələb borcluya məxsus “CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac vasitəsi ilə satılaraq əldə olunan vəsait bankın hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Abuzər Əlizadə tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, 67435/2020-34-11-007 saylı xəbərdarlıq məktubundan görünür ki, Şəxs 10555,28 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumu alınaraq “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulmaqla, tələb borcluya məxsus “CHEVROLET” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac vasitəsi ilə satılaraq əldə olunan vəsait bankın hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3637/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal əməlindən səmimi peşman olduğunu və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini, yəni G.S.Zeynalvanın altmış biryaşının olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutlmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-957/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-957/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver