Məhkəmə qərarları › İş №3(002)-957/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-957/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-957/2021 26.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan X1 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 26 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X4 10 iyul 2021-ci il tarixində saat 15:00 radələrində yaşadığı ünvan 1 ünvanında qonşusu Telnaz Abasovanı döymüşdür. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş X1 əməlində cinayət tərkibi olmadığından 20.07.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X4 məhkəmə iclasında izahatında göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə təxminən saat 14:20 radələrində qonşuluqda yaşayan Telnaz Abasova onun yaşadığı mənzilə gələrək söyüb təhqir etmiş üstünə hücum çəkərək saçlarını yolmuş və bədəninin müxtəlif nahiyələrinə vurmuş, o da Telnazın hərəkətlərinə qarşılıq verərək onun bədəninin müxtəlif yerlərinə və üz nahiyyəsindən əlləri ilə vurmuşdur. Mübahisə zamanı Azər adlı tanışları da onlarda olmuş və onları aralamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə məlumat vermiş və bundan sonra aldığı xəsarətlə bağlı məhkəmə-tibb ekspertizasından keçmişdir. Son olaraq məhkəməyə müraciət edib əməlindən peşman olduğunu zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığı nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azər adlı şəxs ona zəng edərək qonşuluqda yaşayan Sevinc Mirzəyeva onun qızı Ləmanın nişan qaytarması ilə bağlı qəsəbədə xoşa gəlməz sözlər danışmasını bildirmiş, bundan sonra Sevincin az yaşlı qızı Nailə onun qızını evlərinə çağırmış orada aralarında söz mübahisəsi yaranmış və həmin zaman qızı Ləmanın yüksək səslə danışdığını eşitdikdə özüdə Sevinc gilin evlərinə getmişdir. Sevincin evində olan zaman orada aralarında mübahisə yaranmış mübahisə zəmnində S.Mirzəyeva əl ataraq saçlarını yolmumuş və bədəninin müxtəlif yerlərinə əlləri ilə vuraraq ona xəsarət yetirmişdir. Mübahisə zamanı orada Azər, Elnur və Sevincin 2 az yaşlı qızları olmuşdur. Bundan sonra qızı Ləman DİN-in 102 xidmətinə zəng edərək onun qonşusu Sevinc tərəfindən döyülməsi barədə məlumat vermişdir. Son olaraq məhkəməyə ərizə ilə müraciət edib X4 ilə barışıq əldə etdiyini, ona dəyən ziyan tam ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib Sevinc Mirzəyeva barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vət. S.M.Mirzəyevanın və T.X.Abasovanın qarşılıqlı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, S.M.Mirzəyevanın və T.X.Abasovanın əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət işi başlanması rədd edilmiş, barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 10 iyul 2021-ci il tarixli 446 saylı rəyinə əsasən, vətəndaş X3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- üst dodağın, sol yanağın, döş qəfəsin sağ yarısının, sağ saidin sıyrıqları və sol bazunun qançırı bərk küt əşya təsirindən, müayinədən 2-3 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən 10 iyul 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş T.X.Abasovanın almış olduğu xəsarətləin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Zərərçəkmiş şəxs X3 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, X4 ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Sevinc Mirzəyeva barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs X6 ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, X1 məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri, habelə qanununvericiliyin yuxarıda sadalanan imperativ normaları nəzərə alınmaqla, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar