Məhkəmə qərarları › İş №3(002)-958/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-958/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-958/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, 04 noyabr 1963-cü il tarixdə Salyan rayonu, Xələc kəndində doğulmuş, FİN 3J3CEML, Azərbaycan Respublikasının vətəndaşı, evli və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X1 Xidmətindən Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin 29 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən X1 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.7-ci bəndinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı”, həmin Məcəllənin 224.4.9-cu bəndinə əsasən, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərini və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdırlar. “Mercedes” markalı **-ND- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs sərnişin daşıma fəaliyyətinə dair qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokolu müdafiə edərək sözügedən sürücü barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs məhkəmə iclaslarına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə səlahiyyətli qurumun nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və 01 avqust 2022-ci il tarixli 004916 saylı aktdan görünür ki, Şəxs 01 avqust 2022-ci il tarixdə saat 10:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında “Mercedes” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti göstərmiş, bununla bağlı qanunvericiliklə müəyyən olunmuş sənədlər tələb edilsə də, sürücü , Şəxs həmin sənədləri təqdim etməmişdir. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli 127-07/142/4 saylı bildirişdən görünür ki, Şəxs daşımalara dair aşkar edilmiş pozuntunun onun iştirakı ilə araşdırılması məqsədi ilə "xxxx" MMC-yə dəvət olunmuş, bildirişi aldıqdan 03 (üç) gün ərzində özünün və ya nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi təqdirdə yol verdiyi pozuntu ilə bağlı məsələyə onun iştirakı olmadan baxılaraq tərtib edilmiş materialların müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndəriləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 01 avqust 2022-ci il tarixdə saat 10:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında “Mercedes” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıma fəaliyyəti ilə məşğul olarkən X1 Xidmətinin əməkdaşları yaxınlaşaraq sərnişin daşımasının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməsini ondan xahiş etsələr də, sürücü, Şəxs həmin sənədləri təqdim etməmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 552-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar