Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-959/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X10 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə 09 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq ona əlavə edilmiş materiallar ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 09 may 2023-cü il tarixli protokoldan aydın olur ki, Şəxs 09 may 2023-cü il tarixdə, saat 20:40-da Qaradağ rayonu, ünvan 2 ünvanında qeyri-qanuni dini yığıncağın və mərasimlərin keçirilməsini təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən X10 üzrə Dövlət Komitəsinin nümayəndəsi X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 09 may 2023-cü il tarixdə, saat saat 20:40-da Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeyri-qanuni dini yığıncağın və mərasimlərin keçirilməsinin təşkil edilməsi faktı müəyyən edilmişdir. Faktla bağlı X10 üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti ilə birgə əməliyyat keçirilmiş və iyirmi yeddi nəfər saxlanılmış, saxlanılanlardan qeyd olunan məclisin keçirildiyi mənzilin sahibi və təşkilatçıları barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmiş və həmin şəxslər inzibati qaydada cərimə edilmişlər. Həmin məclisdə ev sahibinin oğlu Şəxs da olmuşdur. Belə ki, Şəxs həmin məclisin təşkilatçısı, yəni evin sahibi olan Rufulla Həsənovun oğludur. Odur ki, inzibati protkolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X10 üzrə Dövlət Komitəsinin nümayəndəsi X6 öz izahatında X1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, həqiqətən də o, 09 may 2023-cü il tarixdə, saat 20:40-da yaşadığı Qaradağ rayonu, ünvan 2 ünvanında keçirilən dini mərasimdə iştirak etmişdir. Belə ki, həmin mərasim qardaşının övladının dünyaya gəlməsi münasibətilə keçirilmişdir. O bu cür dini mərasimin keçirilməsinin inzibati xəta olduğunu bilməmiş və həmin dini mərasim onun təşəbbüsü və ya təşkilatçılığı ilə keçirilməmişdir. Bundan başqa o qeyd edilən məclisdə təşkilatçılıq etməmiş, sadəcə iştirak etmişdir. X2 Xidmətinin X10 Üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi həmin tədbir zamanı onun atası barəsində də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin işə də Qaradağ rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq atası X4 və məclisi idarə edən digər şəxslər İXMnin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişlər. O həmin dini mərasimin təşkil edilərək keçirilməsində heç bir təşəbbüs göstərməmiş, sadəcə həmin məclisdə dinləyici kimi iştirak etmişdir. Odur ki, təşkilatçı olmadığı halda həmin iş üzrə həm atasının, həm də özünün inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs sözügedən məclisin təşkil edilməsində və keçirilməsində hər hansı bir formada rolu olmamaqla təşkilatçı olmamış, sadəcə həmin məclisdə iştirak etmişdir. Bundan əlavə qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı Şəxs atası Rufulla Həsənov qeyd olunan dini mərasimin keçirilməsinin təşkilinə görə artıq inzibati məsuliyyətə cəlb olunaraq barəsində cərimə cəzası tətbiq edilmişdir. Belə ki, Qaradağ rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 3(002)-960/2023 saylı qərarı ilə X4 İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Həmin Qanunun 21-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs əməlində inzbati xəta tərkibi olması sübuta yetmədiyindən başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbindən aydın olur ki, şəxsin hərəkətlərində . inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-959/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-959/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver