Məhkəmə qərarları › İş №3(002)-96/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-96/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-96/2023 27.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Tovuz rayon məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan İXP ******* №-li 29 iyul 2022-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 14 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs yaşayış yeri Tovuz rayonu, Qədirli kəndidir. Göründüyü kimi, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Tovuz rayonu, Qədirli kəndində baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material ərazi aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar