Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-963/2023 12.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin material baxılması üçün ərazi aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC, Gürcüstan Respublikasından idxal olunan “Kia Optima” markalı, 2011-ci il buraxılışlı, 5XXGR4A61CG011722 ban nömrəli minik avtomobili ilə bağlı Azərbaycan Respublikasının gömrük orqanına 02 mart 2023-cü il tarixli, **********1203 sorğu nömrəli gömrük bəyannaməsini təqdim edərkən sözügedən minik avtomobili ilə əlaqədar Azərbaycan Respublikasının gömrük orqanına təhrif olunmuş məlumatlar vermişdir. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə gömrük orqanına təhrif olunmuş məlumatlar vermişdir. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində deyil, hüquqi şəxsin öz ünvanında baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-963/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-963/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver