Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-965/2022 21.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs Şirkətinin filialı barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs Şirkətinin filialının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-1815/22 saylı 01 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Filialının ünvanına Böyük Britaniyanın “Halliburton Manufacturing and Services Limited” şirkətindən xx.xx.2022-ci il tarixdə GG011WW/WW229V nömrə nişanlı yük avtomaşınının üzərində olan MEDU ******* nömrəli konteynerdə ******* nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 1 ünvanında yerləşən anbarda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində netto çəkisi 20833,00 kq bəyan edilmiş kalsium xlorid duzu (neft sənayesində istifadə üçün) yükünün netto çəkisinin 22500,00 kq olduğu, yəni kalsium xlorid duzu yükünün netto çəkisinin 1667,00 kq artıq olduğu aşkar edilmişdir. Beləliklə də, Şəxs Şirkətinin Filialı tərəfindən netto çəkisi 1667,00 kq olan kalsium xlorid duzu yükü gömrük orqanına düzgün bəyan edilməmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Şirkətinin Filialının ünvanına Böyük Britaniyanın “Halliburton Manufacturing and Services Limited” şirkətindən GG011WW/WW229V nömrə nişanlı yük avtomaşınının üzərində olan MEDU ******* nömrəli konteynerdə kalsium xlorid duzu yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi işlərini özü həyata keçirmiş, netto çəkisi 1667 kq olan kalsium xlorid duzu yükü göndərən şirkət tərəfindən səhvən göndərilmiş, həmin malların artıq olmasını mallara gömrük yoxlaması həyata keçirilərkən görmüş, bundan sonra kalsium xlorid duzu yükünün netto çəkisinin 1667 kq artıq aşkar edilməsi barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib edilmiş, həmin protokol tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, araşdırma zamanı **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsini tərtib etmiş bəyannaməçi, Azərbaycan Respublikasının vətəndaşı X3 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, "xxxx" MMC-də bəyannaməçi vəzifəsində işləyir, vəzifəsi qısa idxal bəyannaməsinin, gömrük bəyannaməsinin tərtib edilməsindən ibarətdir, Şəxs Şirkətinin Filialının ünvanına Böyük Britaniyanın “Halliburton Manufacturing and Services Limited” şirkətindən GG011WW/WW229V nömrə nişanlı yük avtomaşınının üzərində olan MEDU ******* nömrəli konteynerdə daxil olmuş yüklərə dair **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi onun tərəfindən tərtib edilmiş, belə ki, Şəxs Şirkətinin Filialı tərəfindən mal-müşayiət sənədləri elektron poçt vasitəsi ilə "xxxx" MMC-nin koordinatorlarına göndərilmiş, həmin koordinatorlar tərəfindən sənədlər aidiyyəti üzrə onların şöbəsinə göndərilmiş, bundan sonra **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsini tərtib etmiş, **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsini göndərilmiş mal-müşayiət sənədləri əsasında tərtib etmişdir, həmin nəqliyyat vasitəsində malların çəkisinin hansı səbəbdən 1667 kq artıq olması barədə heç bir məlumatı yoxdur, həmin malların netto çəkisi packing list sənədində göstərilmiş, bunun əsasında **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamasində malların netto çəkisi 20833,00 kq qeyd edilmiş, belə ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli packing list sənədində malların ümumi netto çəkisi 62500 kq qeyd edilmiş, həmin mallar 3 (üç) nəqliyyat vasitəsində, yəni TR011GE/WW221V, TR007GE/TR007G və sonuncu dəfə GG011WW/WW229V nömrə nişanlı yük avtomaşında göndərilmiş, TR011GE/WW221V nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair **********9710 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş və malların netto çəkisi 20833,00 kq təşkil etmiş, TR007GE/TR007G nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair **********9717 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş və malların netto çəkisi 20834,00 kq təşkil etmiş, yəni, iki nəqliyyat vasitəsində olan malların cəmi netto çəkisi 41667,00 kq təşkil etmiş, ******* nömrəli xx.xx.2022-ci il tarixli packing list sənədinə əsasən malların ümumilikdə netto çəkisinin 62500 kq təşkil etdiyini nəzərə aldıqda, sonuncu nəqliyyat vasitəsində (GG011WW/WW229V) daxil olmuş malların netto çəkisinin 20833,00 kq olduğunu hesablamış (62500-41667=20833) və bu səbəbdən də **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamasində malların netto çəkisini 20833,00 kq qeyd etmiş, ******* nömrəli xx.xx.2022-ci il tarixli packing list sənədində malların ümumi netto çəkisinin nəqliyyat vasitələri üzrə bölgüsü Şəxs Şirkətinin Filialı tərəfindən həyata keçirilmiş, belə ki, Şəxs Şirkətinin Filialı tərəfindən mal-müşayiət sənədləri onların şirkətinə verilərkən packing list sənədində olan malların bərabər olaraq 3 nəqliyyat vasitəsinə bölündüyü bildirilmiş və hər üç nəqliyyat vasitəsində olan malların brutto çəkisinin 21400 kq olduğu nəzərə alınaraq packing list sənədində olan malların ümumi netto çəkisi 62500 kq 3 (üç) nəqliyyat vasitəsi üzrə bölünərək qeyd edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan netto çəkisi 1667,00 kq kalsium xlorid duzu yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/005644 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyinin 154 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza aktına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) kq kalsium xlorid duzunun orta bazar qiymətinin 1,50 manat, ümumilikdə ekspertiza tədqiqatına təqdim edilmiş 1667,00 kq kalsium xlorid duzunun xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin isə 2500,50 (iki min beş yüz manat əlli qəpik) manat olduğu müəyyən edilmişdir. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Filialı tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən ümumilikdə netto çəkisi 1667,00 kq olan kalsium xlorid duzu yükünün orta bazar qiyməti 2500,50 (iki min beş yüz manat əlli qəpik) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə Şəxs Şirkətinin Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/026/018000 saylı xx.xx.2022-ci il tarixli raport, xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokol, **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamasi, 1400-013/0xx-xx/005644 nömrəli xx.xx.2022-ci il tarixli məktub, 154 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı, Azərbaycan Respublikasının vətəndaşı X3 izahatı və Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X4 Bakı baş Gömrük İdarəsində veridiyi izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şirkətin əsas fəaliyyəti neft-qaz sahəsində digər şirkətlərlə bağlanmış müqavilə əsasında servis xidmətinin göstərilməsindən ibarətdir, bu işlərin görülməsi məqsədilə müxtəlif ölkələrdən Şəxs Şirkətinin Filialı tərəfindən avadanlıqlar, kimyəvi maddələr və digər mallar sifariş edilir, xx.xx.2022-ci il tarixdə Şəxs Şirkətinin Filialının ünvanına Böyük Britaniyanın “Halliburton Manufacturing and Services Limited” şirkətindən GG011WW/WW229V nömrə nişanlı yük avtomaşınının üzərində olan MEDU ******* nömrəli konteynerdə neft sənayesində istifadə üçün kalsium xlorid duzu yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş və son istifadə xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, həmin mallar “BiPi Eksploreyşn (Kaspian Si) LTD” şirkəti ilə Şəxs Şirkətinin Filialı arasında bağlanmış **********(H-17-BPCS-**********) nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün gətirilmiş, həmin müqavilə çərçivəsində “BiPi Eksploreyşn (Kaspian Si) LTD” şirkəti tərəfindən təqdim edilmiş razılıq məktubu əsasında 3 (üç) nəqliyyat vasitəsində malların gətirilməsi nəzərdə tutulmuş, bundan əvvəl TR011GE/WW221V və TR007GE/TR007G nömrə nişanlı yük avtomaşınlarında həmin yüklərdən Şəxs Şirkətinin Filialının ünvanına mallar gətirilmiş, sonuncu mal partiyası isə GG011WW/WW229V nömrə nişanlı yük avtomaşınında daxil olmuş, yükü göndərən şirkət tərəfindən səhvən netto çəkisi 1667 kq olan kalsium xlorid duzu GG011WW/WW229V nömrə nişanlı yük avtomaşınının üzərində olan MEDU ******* nömrəli konteynerə yüklənmiş və Şəxs Şirkətinin Filialının ünvanına göndərilmiş, bu barədə nümayəndəsi olduğu şirkətə heç bir məlumat verilməmiş, malların çəkisinin artıq olması barədə yükə gömrük əməkdaşı tərəfindən gömrük yoxlaması həyata keçirilərkən məlumatları olmuş, **********9698 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi mal-müşayiət sənədləri əsasında bəyannaməçi tərəfindən tərtib edilmiş və malların netto çəkisi packing list sənədində olan məlumatlara əsasən yazılmışdır. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin filialının nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Şirkətinin filialı tərəfindən inzibati xətanın törədilməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığından Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 482.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin filialı Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 2500,50 (iki min beş yüz manat, əlli qəpik) manatın 60 % (altmış faizi) həddində, yəni 1500,30 (bir min beş yüz manat, otuz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-965/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-965/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver