Məhkəmə qərarları › İş №3(002)-967/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-967/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-967/2025 14.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Ağdam rayonu, Qiyaslı ərazi dairəsi, Ətyeməzli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol Qaradağ RPİ-nin 10-cu PŞ-dən Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Qaradağ Rayon Məhkəməsinin qarşısında olan zaman boşanma ərəfəsində olduğu əri Zərərçəkmiş şəxs məxsus "Mercedes Benz" markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol ön qapısını əzərək, cızaraq, həmçinin sol ön qapı hissəsini içəri tərəfdən cırmaqla Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin 10-cu PŞ-nə rəsmi məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə, hazırki iclasın inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, iş üzrə özünü təqsirli hesab etmir. Zərər çəkmiş şəxs tərəfindən onun etdiyi iddia edilən hərəkətlərin heç birinə yol verməmiş, Zərərçəkmiş şəxs heç bir maddi ziyan vurmamışdır. Həmçinin nə inzibati araşdırma zamanı işi araşdırmış təhqiqatçı, nə də inzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisi tərəfindən onun izahatı alınmamış, iş bir tərəfli qaydada səthi araşdırılaraq, onu məsuliyyəti müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Qaradağ Rayon Məhkəməsinin qarşısında olan zaman "Mercedes Benz" markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol ön qapısını əzərək, cızaraq, həmçinin sol ön qapı hissəsini içəri tərəfdən cırmaqla ona 150 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hadisə anı Qaradağ Rayon Məhkəməsinin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınsa da o, həmin görüntüləri əldə etməmişdir. Maddi ziyana dair ziyan aktı mövcud olmadığına görə hazırda məhkəmə iclasında təqdim edə bilmir. Şəxs barəsində qanuni tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Qaradağ Rayon Məhkəməsinin qarşısında olan zaman boşanma ərəfəsində olduğu əri Zərərçəkmiş şəxs məxsus "Mercedes Benz" markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol ön qapısını əzərək, cızaraq, həmçinin sol ön qapı hissəsini içəri tərəfdən cırmaqla Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, nə inzibati araşdırma zamanı işi araşdırmış təhqiqatçı, nə də inzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahatı alınmamış, iş bir tərəfli qaydada səthi araşdırılmışdır. Bundan əlavə, hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının mövcud olmasına baxmayaraq, Şəxs zərər çəkmiş şəxsin istifadəsində olan avtomobilə maddi ziyan vurmasını sübut edəcək heç bir görüntü, o cümlədən dəymiş maddi ziyanın məbləğini təsdiq edən ziyan aktı məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs özgə əmlakına qəsdən zərər vurulma faktı sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar