Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-968/2022 09.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, X8 qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X6, ƏÇPA-nın 10-cu PB-nın polis nəfərləri, polis serjantı X4, X1, X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1975-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Yolocaq ərazi dairəsi, Teşkan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzində məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzində polis əməkdaşlarına tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X10 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 09 sentyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzində ictimai asayişi pozmuş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X7 öz izahatında bildirmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən Qaradağ RPİ-nin növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, Qaradağ rayonu, Binə Ticarət Mərkəzinin qarşısında bir nəfər tanımadığı qadın yüksək səslə danışaraq, “Binə” ticarət mərkəzində saxladığı 70 ədəd pişiklərin onun icazəsi olmadan kənar yerə daşındığına etiraz edərək ticarət mərkəzinin rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. O birlikdə xidmətdə olduğu digər polis nəfərləri X3 və X5 ilə birlikdə həmin qadına yaxınlaşaraq onu ictimai qaydalara əməl etməyə dəvət etsələr də o tabesizlik göstərməyə davam etmişdir. Buna görə də onu 9691 saylı avtopatrulla 10-cu Polis Bölməsinə gətirmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən olunmuşdur. Bütün bunların nəzərə alınaraq Zəminə Sulduz qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 və X5 öz izahatında oxşar izahatlar verərək Zəminə Sulduz qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək qeyd etmişdir ki, “Binə” Ticarət Mərkəzində müvəqqəti məskunlaşmışdır. Həmin ticarət mərkəzində istifadə olunmuş boş butulkaları və sintetik əşyaları yığıb satmaqla özünə çörək pulu qazanır. Orada məskunlaşmış pişiklərə yazığı gəldiyi üçün onları yaşadığı yerdə saxlayır və qayğısına qalır. 08 sentyabr 2022-ci il tarixdə orada xidmət aparan polis əməkdaşları ona həmin heyvanları oradan çıxarmasını bildirmişlər. O isə yoldaşının xəstə olduğunu və pişikləri hal-hazırda oradan çıxarmağa imkanın olmadığını bildirmişdir. Səhəri gün yaşadığı yerə qayıdarkən görmüşdür ki, ondan icazə almadan təxminən yetmişə yaxın pişikləri avtomaşına yüklüyüb naməlum istiqamətə aparmışlar. O bundan çox sarsıntı keçirmiş və əsəbiləşərək ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Nəticədə polis əməkdaşları onu zorla 10-cu polis bölməsinə gətirmişlər. O səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-968/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-968/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver