Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-969/2020 19.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, vətəndaş Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” topdan satış bazarında X1 məxsus ümumi dəyəri 55 (əli beş) manat olan 20 ədəd spürgələri oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Buna baxmayaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə yeri və vaxtı göstərilməmiş, həmçinin protokolun tərtib olunmasına əsas olmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarda Şəxs tərəfindən törədilmiş oğurluq hadisəsinin tarixi xx.xx.2020-ci il göstərilsə də, sonuncu barəsində tərtib edilmiş inzibati qaydada tutma haqqında protokolda Şəxs tutulma vaxtı xx xxxxxx 2020-ci il saat 19:00 qeyd olunmuşdur. Göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, tərtib edilmiş protokolda inzibati xətanın törədildiyi yer, vaxt dəqiq ümumiyyətlə qeyd olunmamış, həmçinin səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarda hadisənin törədilmə tarixi xx xxxxxx 2020-ci il kimi qeyd olunsa da, Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma haqqında protokolda sonuncunun tutulma vaxtı xx xxxxxx 2020-ci il tarix göstərilmişdir. Halbuki səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən inzibati xətanın törədildiyi yeri və vaxtı göstərilməli olduğu halda buna riayət etməyərək formal olaraq protokol yazması ilə kifayətlənmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-969/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-969/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver