Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-969/2021 27.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1960-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 27.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-798/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə 1800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-2083/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1086 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə borcun, cəmi 1106 manat məbləğində borc pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, bundan başqa Ağdam rayon Məhkəməsinin 2(013)-2063/2019 saylı, 19 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2250 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, bundan başqa Ağdam rayon Məhkəməsinin 2(013)-1973/2015 saylı, 18 iyun 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 501.8 manat əsas, 223.16 manat faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Bank of Baku ASCnin xeyrinə ödənilməsi qət edilmiş, həmçinin Ağdam rayon Məhkəməsinin 2(013)- 2394/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 839 manat əsas, 20 manat cərimə ümumilikdə isə 859 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Borclu tərəfindən məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borclu Şəxs yerinin müəyyən olunmaması icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməməsinə mane olmuş, bu səbəblə də borclu Şəxs barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam Rayon Polis Şöbəsi tərəfindən 18.06.2021-ci il tarixdə 210505/21 saylı axtarış işi açılmışdır. Borclu Şəxs 27 iyul 2021-ci il tarixdə Qaradağ rayon İcra Şöbəsinə gələrək, həmin tarixdə şöbədə izahatı alınmış və o izahatında icra sənədlərini icra etməmə səbəbi kimi gəlirinin olmamasını göstərmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs tərəfindən bu vaxta qədər icra sənədləri üzrə heç bir ödəniş edilməmiş və icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, məhkəmə qətnamələri üzrə borclu olduğunu qəbul edir, maddi imkansızlığı səbəbindən ödəniş etmək iqtidarında olmamışdır. Bir neçə gündür ki, yeni işə başlamışdır və məhkəmə tərəfindən vaxt verildiyi təqdirdə hissə-hissə olmaqla ödəniş etməyə maddi imkanı olacaqdır. X1 məhkəmə iclasında çıxaış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən bu vaxta qədər hər hansı bir ödəniş olunmamışdır. Gəstərilənləri nəzərə alaraq Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-798/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə 1800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. İcraata başlama haqqında 08.04.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-798/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-2083/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1086 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə borcun, cəmi 1106 manat məbləğində borc pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 05.12.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-2083/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Ağdam rayon Məhkəməsinin 2(013)-2063/2019 saylı, 19 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2520 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 30.01.2020-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)-2063/2019 saylı, 19 dekabr 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Ağdam rayon Məhkəməsinin 2(013)-1973/2015 saylı, 18 iyun 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 501.8 manat əsas, 223.16 manat faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Bank of Baku ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 10.07.2015-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1973/2015 saylı, 18 iyun 2015-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Ağdam rayon Məhkəməsinin 2(013)-2394/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 839 manat əsas, 20 manat cərimə ümumilikdə isə 859 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 07.11.2018-ci il tarixli qərarın surətindən görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)-2394/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri üzrə üzərinə qoyulmuş borc öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-798/2021 saylı, 04 mart 2021-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-2083/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli, Ağdam rayon Məhkəməsinin 2(013)-2063/2019 saylı, 19 dekabr 2019-cu il tarixli, Ağdam rayon Məhkəməsinin 2(013)-1973/2015 saylı, 18 iyun 2015-ci il tarixli, Ağdam rayon Məhkəməsinin 2(013)-2394/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən bu günədək ümumiyyətlə heç bir ödənişin edilməməsi məhkəmə tərəfindən icra sənədilərinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 27 iyul 2021-ci il saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 27 iyul 2021-ci il saat 15:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-969/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-969/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver