Məhkəmə qərarları › İş №3(002)-97/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-97/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-97/2025 15.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 15 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati protokoldan aydın olur ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə «Sədərək» TM-də yerləşən sıra 10A, mağaza 35-in qarşısından 450 manat dəyərində ayaqqabılar oğurlamışdır. Məhkəmə iclası zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə X4 məxsus «Sədərək» TM-də yerləşən sıra 10A, mağaza 35-in qarşısından 450 manat dəyərində ayaqqabılar oğurlamışdır. Faktla bağlı araşdırma aparılmış və hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. İnzibati xəta törətmiş şəxs hal-hazıradək vurulmuş ziyandan heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında göstərmişdir ki, rəsmi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» ticarət mərkəzinin İİİ Korpus, 10A sırasında olan 35 saylı mağazada ayaqqabı satışı ilə məşğul olur. 07 yanvar 2025-ci il tarixdə, saat 09:00 radələrində o, mağazanı açıb bir neçə cüt ayaqqabını mağazanın qarşısında olan vitrinə qoymuş və mağazaya qayıtmışdır. Təxminən on dəqiqə sonra o, mağazadan çıxıb ayaqqabıları vitrinə düzmək istəyən zaman içərisində 19 cüt müxtəlif növ ayaqqabı olan sellefon torbanın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 450 manat maddi ziyan dəydiyini bildirmişdir. Hal-hazıradək ona vurulmuş ziyandan heç bir ödəniş edilməmişdir və şikayətçidir. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.3.3 maddəsi ilə təqsirli bilinərək həbs olunmuşdur. 07 yanvar 2025-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» ticarət mərkəzinin İİİ korpus, 10A sırasında olan 35 saylı mağazanın qarşısında ötüb keçən zaman mağazanın qarşısında içərisində ayaqqabılar olan sellefon torbanı görmüş və həmin vaxt onun pula ehtiyacı olduğu üçün ayaqqabıları oğurlamaq qərarına gəlmiş, ətrafda kənar şəxslərin olmadığını görüb içərisində müxtəlif növ qadın və kişi ayaqqabıları olan sellefon torbanı oğurlamış və oradan metronun 20 Yanvar stansiyasının yanına gəlmişdir. Həmin ayaqqabıları 20 yanvar metro stansiyasının yanında olan yeraltı keçidində yerə düzərək tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi təxminən yetmiş-səksən manat civarında pulları isə şəxsi məqsədləri üçün xərcləmişdir. Hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş ziyandan ödəniş edə bilməyəcəyini, törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən; X3 müraciəti əsasından toplanmış material üzrǝ Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzabiti xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün adiyyəti əməkdaşa təqdim edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin məlumat üçün X4 göndərilməsi, toplanmış material saxlanılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi özgənin əmlakını talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs oğlu qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 14 yanvar 2025-cü il tarixdə saat 18:00-da tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 29 (iyirmi doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 14 yanvar 2025-ci il, saat 18:00-dan hesablansın və həbsin sonu 12 fevral 2025-ci il saat 18:00 müəyyən edilsin. 3.Zərərçəkmiş şəxs X4 izah edilsin ki, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar