Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-971/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Çindən şəxsi istifadə və hədiyyə məqsədilə avtomobil ehtiyat hissələri (X9 2013-2017 və 2018-2020 modellərinə uyğun kuza hissələri) sifariş etmişəm. 11 iyun 2024-cü il tarixində saat 06:55 radələrində ******* nömrəli vaqonla və TRHU9484619 nömrəli konteyner vasitəsilə mallar Azərbaycan Respublikasının "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postuna daxil olmuşdur. Gömrük qanunvericiliyinə uyğun olaraq malların idxalı barədə malların xarakteri və təyinatı barədə düzgün məlumat verilmişdir. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixli 00100/02742 nömrəli qərarla barəmdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta tərkibi olduğu iddia edilmiş və 1000 manat məbləğində cərimə tətbiq olunmuşdur. Gömrük orqanı əvvəlcə malların ölkəyə gətirilməsi zamanı heç bir qanun pozuntusu aşkarlamamış, lakin sonradan, əsassız və hüquqi əsası olmadan onu sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qiymətləndirərək İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə protokol tərtib etmiş və 1000 manat məbləğində cərimə tətbiq etmişdir. Onun adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi (sahibkar) kimi qeydiyyata alınmayıb. O, heç bir hüquqi şəxsin, kommersiya qurumunun adından hərəkət etməmişdir. Malların miqdarı və təyinatı şəxsi ehtiyaca və hədiyyə məqsədinə uyğundur və kommersiya xarakteri daşımır. Malların gətirilməsi ilə bağlı heç bir kommersiya məqsədi və gəlir əldə etmə niyyəti olmayıb. Bu səbəbdən, barəmdə tərtib olunmuş inzibati xəta protokolu və qəbul edilmiş qərar tam əsassız və qanunsuzdur, hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, EP ******* saylı qərarı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətini müdafiə edərək bildirmişdir ki, Gömrük bəyannaməsində qeyd etdiyi əşyanı dostu üçün sifariş etmişdir. Onun həmin malı gömrük nəzarətindən keçirə bilməsi üçün ilk öncə ondan GÖEN olması tələb edilmiş, lakin onun adına əvvəllər fəaliyyəti dondurulmuş VÖEN mövcud olduğundan, GÖEN açılması qeyri-mümkün olmuşdur. Bu səbəbdən o, dondurulmuş VÖEN-ni müvəqqəti yenidən aktivləşdirmişdir. Həmin mallara dair **********4703 sorğu nömrəli xx.xx.2024-cú il tarixli gömrük bəyannaməsi Broker MMC-nin əməkdaşı tərəfindən tərtib edilmişdir. Malı şəxsi istifadəsi üçün sifariş etdiyinə görə qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Lakin sonradan ondan qısa idxal bəyannaməsi tələb edilmişdir. Bu səbəbdən o, Bakı Baş Gömrük İdarəsi tərəfindən 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd etdiyi halları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, barəsində qəbul edilmiş qərarı xx.xx.2025-ci il tarixdə icra şöbəsindən əldə etmiş və şikayətini Bakı şəhər Xətai Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 bildirdi ki, X3 adına Çin Xalq Respublikasından 94322393 nömrəli vaqon ilə xx.xx.2024-cü il tarixdə saat 06.55-də Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş malların **********4703 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/020063 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən X4 ünvanına 94322393 nömrəli vaqon ilə ölkə ərazisinə daxil olmuş və **********4703 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün Azərbaycan Respublikasının Gömrus Məcəlləsinin 113.1-ci madddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmamışdır. "Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 nömrəli sərəncamında gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasında gömrük bəyannaməsinin 37-ci qrafasında malların keçirilmə xüsusiyyətinin kodu qeyd olunur. Həmçinin, altı rəqəmli kodun sonuncu iki rəqəmi bəyan olunan gömrük proseduru müvafiq təsnifatın ikinci bölməsinə əsasən malların keçirilmə xüsusiyyətini göstərir. Əgər təsnifatın ikinci bölməsində nəzərdə tutulmuş xüsusiyyətlər yoxdursa, bu halda «00» göstərilir. Həmin sərəncamın 2 saylı Əlavəsinin gömrük sərhədindən malların keçirilmə üsullarının təsnifatının 2-ci bəndinə əsasən malların keçirilmə xüsusiyyətində fiziki şəxslər tərəfindən istehsal, ya da digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış müəyyən olunmuş dəyər və kvotadan artıq malların keçirilməsi kodu 28 olduğu müəyyən olunur. Belə ki, **********4703 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 37-ci qrafasında qeyd olunan 40 00 00 əməliyyatı bəyan edilən malların şəxsi istifadə üçün nəzərdə nəzərdə tutulmadığını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin va onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2.1 yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişlə ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Şikayət vermiş şəxsin həm gömrük orqanında inzibati araşdırma zamanı, həm də məhkəmə çıxışındakı izahatında qeyd etmişdir ki, həmin malları o, özü və ya ailə üzvləri üçün deyil məhz dostu üçün sifariş etmişdir. Göstərilənləri nəzərə alaraq, X6 barəsində qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin va onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2.1 yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişlə ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. "Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 nömrəli sərəncamında gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasında gömrük bəyannaməsinin 37-ci qrafasında malların keçirilmə xüsusiyyətinin kodu qeyd olunur. Həmçinin, altı rəqəmli kodun sonuncu iki rəqəmi bəyan olunan gömrük proseduru müvafiq təsnifatın ikinci bölməsinə əsasən malların keçirilmə xüsusiyyətini göstərir. Əgər təsnifatın ikinci bölməsində nəzərdə tutulmuş xüsusiyyətlər yoxdursa, bu halda «00» göstərilir. Həmin sərəncamın 2 saylı Əlavəsinin gömrük sərhədindən mallann keçirilmə üsullarının təsnifatının 2-ci bəndinə əsasən malların keçirilmə xüsusiyyətində fiziki şəxslər tərəfindən istehsal, ya da digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış müəyyən olunmuş dəyər və kvotadan artıq malların keçirilməsi kodu 28 olduğu müəyyən olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin həm gömrük orqanında inzibati araşdırma zamanı, həm də məhkəmə çıxışındakı izahatında həmin malları o, məhz dostu üçün sifariş etdiyini qeyd etmişdir. Həmçinin o, həmin mallara dair qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını 1.5-ci bəndinə əsasən fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişlə ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Bu səbəbdən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Beləliklə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-971/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-971/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver