Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-973/2025 07.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X5, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nın yol-patrul xidməti inspektorları, polis baş serjantı X3 və X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1976-cı ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, rəsmi qaydada işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 07 may 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 06 may 2025-ci il tarixdə, gecə saatlarında sərxoş vəziyyətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və Qaradağ RPİ-nin 10-cu PŞ-nın inzibati binasında qanunsuz əməllərini davam etdirərək davamlı şəkildə polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X9 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 06 may 2025-ci il tarixdə, gecə saatlarında sərxoş vəziyyətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində YPX əməkdaşlarına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə ƏÇPA-nın əməkdaşları vasitəsilə 10-cu PŞna təmin olunmuş, şöbədə müvəqqəti saxlama yerində olarkən o yenə də nizam-intizama əməl etməmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və müvəqqəti saxlama yerinin qapısını sındırmışdır. Odur ki, onun barəsində tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞnın yol-patrul xidməti inspektoru, polis baş serjantı X7 öz izahatında göstərmişdir ki, 06 may 2025-ci il tarixdə DYPŞ-nın yol-patrul xidməti inspektoru, polis baş serjantı X10 ilə 28 May küçəsində xidmət aparan zaman təxminən gecə saat 24 radələrində “Mercedes” markalı avtomaşının sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən mayak və miqalkadan işarə verilmişdir. O sürücüyə yaxınlaşıb özünü təqdim etmiş sürücüyə qayda pozuntusu barədə məlumat vermişdir. O həmin vaxt sürücünün yüksək sərxoşluq vəziyyətində sükan arxasında olduğunu görüb onu sükan arxasından kənarlaşdırıb sərxoşluğunu müayinə etmişdir. Bu zaman sürücünün ağır dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. O sürücüyə idarə etdiyi avtomobilin açarlarını təqdim etməsini bildirmiş, sürücü buna məhəl qoymayaraq açarı təqdim etməkdən imtina etmişdir. Sürücü tərəflərindən nizam-intizama dəvət olunsa da tabesizlik göstərməyə davam etmiş, onları hədələmiş və narkolji dispanserə getməkdən imtina etmişdir. Nəticədə onlar hadisə yerinə ƏÇPA-nın ıməkdaşlarını köməyə çağırmış, sürücü 10-cu PŞ-na təmin olumuşdur. Sürücünün idarə etdiyi nəqliyyat vasitəsi isə 156 çağırışlı evakuator vasitəsilə Mayak adlanan dayanacağa təmin olunmuşdur. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞnın yol-patrul xidməti inspektoru, polis baş serjantı X10 öz izahatında yuxarıda qeyd edilən hadisə zamanı Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nın yol-patrul xidməti inspektoru, polis baş serjantı X7 ilə birlikdə xidmətdə olduğunu bildirərək onun izahatda qeyd etdiklərini təsdiq etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, 06 may 2025-ci il tarixdə, axşam saatlarında dostları ilə yemək yemiş və spirtli içki qəbul etmişlər. Dostunun qardaşı Səbuhidən maşını idarə etməsini xahiş etmiş, Lökbatanda “Kingsmart” supermarketin yaxnlığında olan dayanacağa gəlmişlər. Səbuhi avtomobilin açarını ona verən zaman YPX əməkdaşları onlara yaxınlaşmış və ondan avtomobilin açarını tələb etmişlər. O açarı nə üçün istdiklərini demiş, ona içkili olduöunu bildirəndə polis əməkdaşlarına avtomobili onun deyil, Səbuhinin idarə edəcəyini bildirərək avtomobilin açarlarını verməkdən imtina etmişdir. YPX əməkdaşları hadisə yerinə ƏÇPA-nın əməkdaşlarını dəvət edərək onları sərxoşluq müayinəsindən keçmələri üçün aparmışlar. Müayinə zamanı onun içkili, Səbuhinin isə ayıq olduğu müəyyən olunmuşdur. Bundan sonra onu 10-cu PŞ-ya aparmışlar. O polis şöbəsində olanları içkili olması səbəbindən xatırlamadığını, polis şöbəsində əmlaka vurduğu ziyanları tam aradan qaldırararaq bərpa etdiyini, törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 öz izahatında Şəxs ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, ehtiyyatda olan hərbiçi olduğunu, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirirərək hüquqlarını müdafiə etdiyi Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı, inzibati xətanın törədilməsini özündə əks etdirən videogörüntü və fotoşəkilləri nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə hadisənin görüntüsünü əks etdirən videogörüntüyə baxış keçirilərkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla Qaradağ RPİ-nin 10-cu PŞ-nın inzibati binasında polisin iş fəaliyyətini davamlı şəkildə pozması, qəsdən əmlakı məhv etməyə və zədələməyə yönələn hərəkətlər etməsi, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi və şöbənin müvəqqəti saxlama yerinin qapısını sındırması öz təsdiqini tapır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş 07 may 2025-ci il tarixli, 2/25459 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 07 may 2025-ci il tarixdə, saat 00:13-də tibbi müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 07 may 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 07 may 2025-ci il tarixdə, gecə saat 01:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 07 may 2025-ci il tarixdən saat 01:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov