Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-975/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, X2 katibliyi, Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi X4, Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbənin təhqiqatçısı, gömrük xidməti leytenantı X3, Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X13 iştirakları ilə, Şəxs bundan sonra- (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında 00100-1570/20 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X7 X9 Pazarlama A.Ş.” şirkətindən daxil olmuş 1 (bir) ədəd tərkibində geniş yayımlı audioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış RTS stansiya) yükü **********7306 sorğu nömrəli, xx.xx.2016-cı il tarixli gömrük bəvannaməsi ilə xx.xx.2017-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə şirkət tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş xx/xx/017787 saylı ərizə əsasında sözügedən malın müvəqqəti idxal müddəti xx.xx.2019-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********7306 sorğu nömrəli, xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləsdirilmiş malın müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Lakin müvəqqəti idxal müddətinin xx.xx.2019-cu il tarixində bitməsinə baxmayaraq **********7306 sorğu nömrəli, xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın müvəqqəti idxal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malın Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurasında rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, **********7306 sorğu nömrəli, xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış PTS stansiya) yükünün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixində bitsə də, həmin yükün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 9 (doqquz) ay 15 (on beş) gün sonra, yəni xx.xx.2020-ci il tarixdə **********7263 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən **********7306 sorğu nömrəli, xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış RTS stansiya) yükünün ümumi dəyəri 80180,00 (səksən min yüz səksən) manat təşkil edir. Məhkəmə iclasında çıxış edən səlahiyyətli orqanın nümayəndəsi X17 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən **********7306 sorğu nömrəli, 07,10.2016-cı il tarixli gömrük bəyannaməsi ilə mallar müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Həmin prosedurun qaydalarına uyğun olaraq idxaltçı 1 il müddətində malların başqa prosedurda yerləşdirilməsi ilə bağlı öhdəlik götürülmüşdür. Həmin müddət keçənədək idxalatçı müxtəlif vaxtlarda ərizələr ilə müraciət edərək malların müvəqqəti ixrac müddətini uzatmışdır. Sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək müddəti 2 ayadək, yəni xx.xx.2019-ci il tarixədək uzatmışdır. Bütün bunlara baxmayaraq qeyd olunan müddət ərzində mallar yenə də başqa gömrük prosedurunda yerləşdirilməmiş, idxalatçı tərəfindən öhdəlik müddətinə riayət edilməmişdir. Yalnız xx.xx.2020-ci il tarixdə **********7263 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edərək malları başqa gömrük prosedurunda yerləşdirmişdir. Buna qədər isə artıq 9 (doqquz) av 15 (on beş) gün keçdiyinə görə müddətə riayət etməməsi ilə gömrük qaydalarını pozmuşdur. Bu isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olduğuna görə həmin hüquqi şəxs barəsində qeyd olunan maddə ilə protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Ona görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında p rotokolu müdafiə edərək şəxsin təqsirli bilinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs «Şəxs » MMC-nin vəkili olmaqla etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (bundan sonra-hüquqi şəxsin nümayəndəsi) X14 məhkəməyə yazılı mülahizə təqdim edərək göstərmişdir ki, "Şəxs" MMC tərəfindən televiziyanin ehtiyacları üçün Türkiyə Respublikasından idxal edilmiş səyyar yayım avadanlığının hüquqi təyinatının müəyyən edilməsi ilə bağlı Gömrük Komitəsinin struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsində yaranmış vəziyyət inzibati işin başlanmasına səbəb olmuşdur. Belə ki, Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro 4 ekoloji normalarına uyğunlaşdırılınası barədə" Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 2 nömrəli qərarına əsasən, xx xxxxx 2014-cü il tarixdən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq edilməyə başlanılmışdır. xx.xx.2014-cü ildən etibarən Avro- 4 standartlarına uyğun olmayan nəqliyyat vasitələrinin istənilən hüquqi rejim altında ölkəmizə gətirilməsi birdəfəlik və qəti qadağan edilmiş, xx xxxxx 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması faktı əsas götürülmüşdür. Həmin Qərara əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** "Yol nəqliyyatı. Ekoloji siniflər" dövlət dövlət standartına xx.xx.2014-cü il tarixdən avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantıların ekoloji siniflərə uyğunluğu barədə cədvələ müvafiq dəyişikliklər etmişdir. Məhz bu dəyişiklikdən sonra və Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 245 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"n 3.4.1-ci bəndinə (malların gömrük ərazisinə gətirilməsi qadağan edildikdə və ya məhdudlaşdırıldıqda) uyğun olaraq mühərriki Avro-4 standartlarına uyğun olmayan "Şəxs" MMC-nin 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici təsviri yazan və canlandıran avadanlıqları (mühərriki Avro-2 olan RTS stansiyası) Azərbaycan Respublikasının ərazisinə buraxılmamalı idi. Adı çəkilən RTS stansiya hələ 2015-ci ildə Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarının yayımlanmasını həyata keçirmək məqsədilə Türkiyə Respublikasının "X7 X10 Pazarlama Anonim Şirkəti"ndən icarəyə götürülərək ölkəmizə gətirilmiş və 2017-ci ilin iyun ayınadək gömrük bəyannaməsi ilə bir il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Belə ki, RTS stansiyanın mühərriki Avro-4 standartlarına uyğun olmadığından ümumiyyətlə heç bir gömrük rejimi adı altında ölkəmizin ərazisinə buraxılmamalı idi. 2015-ci ildə Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarından sonra da "Şəxs" MMC tərəfindən RTS stansiya təyinatı üzrə istismar edilmiş və stansiya ildə bir neçə dəfə Gürcüstan Respublikasının dövlət sərhədini keçərək yenidən Azərbaycan Respublikasına qayıtmış və hər dəfə də RTS stansiyanın mühərriki Avro-4 standartlarına uyğun olmadığı gömrük əməkdaşlarının "diqqətindən" yayınmışdır. "Türkiyə Respublikasının "X7 X10 Pazarlama Anonim Şirkəti" adı çəkilən avtomobilə birləşdirilmiş RTS stansiyanı xx.xx.2017-ci il tarixli satış müqaviləsinə uyğun olaraq 50.000 (əlli min) ABŞ dolları dəyərində "xxxx" MMC-yə satmış və məhkəmə çəkişməsinin mövzusu olan bu problemlər də məhz bu alqı-satqı müqaviləsindən sonra başlanmışdır. RTS stansiyanın mühərriki Avro-2 standartlarına uyğun olduğundan Azərbaycan Respublikasının ərazisinə buraxılmamalı olsa da, gömrük əməkdaşları öz vəzifə səlahiyyətlərini kobud surətdə pozaraq avtomobilə birləşdirilmiş RTS stansiyanı gömrük razisindən faktiki çıxararaq Azərbaycan Respublikasının ərazisinə buraxmaqla "Şəxs" MMC-nin sərəncamına vermişlər. Bir həftə sonra isə RTS stansiyanın mülkiyyətimizə keçirilməsi ilə bağlı tərəfimizdən Dövlət Yol Polisi Xidmətinə müraciətin əsasında DYPX əməkdaşları tərəfindən RTS stansiyanın mühərrikinin Avro-4 standartlarına uyğun olmadığına dair gömrük əməkdaşları məlumatlandırıldıqdan sonra gömrük əməkdaşları qanunvericiliyin tələblərini pozaraq, yəni gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmədiyi halda gömrük əməkdaşları gömrük bəyannaməsini bir neçə gündən (təxminən 7 gündən) sonra geri götürmüş və ona əlavələr etməklə RTS stansiyanın gömrük təyinatını dəyişərək onu qanunsuz olaraq müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişlər. Belə ki, RTS stansiya üçün müvəqqəti idxal Xüsusi gömrük prosedurunun son tarixi xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Gömrük orqanları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 00100-1570/20 nömrəli "inzibati xəta haqqında" protokolun "müəyyən edildi" hissəsindən sonrakı 3-cü abzasda göstərilir ki, "lakin müvəqqəti idxal müddətinin xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq **********6 sorğu nömrəli, xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın müvəqqəti idxal müddəti bitməmiş "Şəxs" MMC tərəfindən həmin malın Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda yerləşdirilməsi ilə bağlı gömrük orqanlarına müraciət edilməmişdi. Bunu əsas tutan gömrük orqanları "Şəxs" MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə ittiham etmişlər. Gömrük orqanları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 00100-1570/20 nömrəli "inzibati xəta haqqında" protokolun bu hissəsi tamamilə əsassız və qanunsuzdur. Rəsmi bəyannaməçiləri olan "Qranit AS" şirkəti hüquqi şəxsin tapşırığına əsasən, avtomobilə birləşdirilmiş RTS stansiyanın müvəqqəti idxal xüsusi gömrük prosedurundan çıxarılması ilə bağlı mütəmadi şəkildə müraciətlər etmişdir. Həmçinin, "Şəxs" MMC tərəfindən də həm Dövlət Gömrük Komitəsinin rəhbərlərinə, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə RTS stansiyanın müvəqqəti gömrük prosedurundan çıxarılması bağlı dəfələrlə yazılı və şifahi şəkildə müraciətlər ünvanlanmışdır və bu müraciətlərin bəziləri məhkəməyə təqdim edilmişdir. "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 1.1-ci bəndinə əsasən, "müvəqqəti idxal proseduru altında təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir". Belə ki, Qaydalarda müvəqqəti idxal proseduru altında saxlanılan xarici mallar təkrar ixrac üçün nəzərdə tutulsa da və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına kağız üzərində yazılı və ya elektron formada ərizədə malların təkrar ixrac edilməsi müddəti göstərilməli olsa da, "Şəxs" MMC-nin "X7 X10 Pazarlama Anonim şirkəti”ndən satın aldığı avtomobilə birləşdirilmiş RTS stansiyanın təkrar ixracı məqsədilə Türkiyəyə qaytarılmasına dair satış müqaviləsində hər hansı bir müddəa yoxdur. Çünki adı çəkilən RTS stansiya "Şəxs" MMC-nin yayım ehtiyaclarının müvəqqəti deyil, daimi təmin edilməsi üçün alınmışdır. Bundan əlavə, "Şəxs" MMC-nin satın aldığı avtomobilə birləşdirilmiş RTS stansiya Türkiyə Respublikasındakı nəqliyyat vasitələrinin balansından ümumiyyətə silindiyi üçün onun geri qaytarılması da mümkün deyildir. Gömrük orqanları RTS stansiya Azərbaycan Respublikasının gömrük nəzarəti ərazisinə daxil olarkən stansiyanın Avro-4 standartlarına uyğun olmadığını aşkar etsəydilər, adı çəkilən stansiya Türkiyə Respublikasına geri qaytarıla bilərdi, lakin onlar tərəfindən öz səhvlərini düzəltmək əvəzinə RTS stansiyanı müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirmələri məsələni bu vəziyyətə gətirmişdir. Geniş yayımlı radioqəbuledici təsviri yazan və canlandran avadanlıqlar (avtomobilə birləşdirilmiş RTS stansiya) reportajların hazırlanması, müəyyən proqramlar üçün verilişlərin və yazmaların həyata keçirilməsi məqsədi ilə mətbuat, radio və ya televiziya yayımı avadanlığı olduğundan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyindən gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmalı olsa da, gömrük orqanları qanunvericiliyin tələblərini kobud surətdə pozaraq və Gömrük Məcəlləsinin 192.2-ci maddəsində ("Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər) göstərildiyindən fərqli olaraq, RTS stansiyanın müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilməsindən sonra satış qiyməti 50.000 (əlli min) ABŞ dolları (85.000 manat) olan RTS stansiya üçün gömrük orqanları "Şəxs" MMC-dən 37.608,98 (otuz yeddi min altı yüz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində (xidmət haqqı- 435,40 manat; idxal vergisi (15%) -12.027 manat; ƏDV (18%) - 16.669 manat; dəbbə pulu - 8.477,31 manat) gömrük rüsumlarını və vergiləri qanunsuz olaraq almışlar. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, "bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz". Maddədə göstərildiyindən fərqli olaraq, RTS stansiya "Şəxs" MMC tərəfindən üç ildir ki, istifadə edilməkdədir. Bu fakt onu göstərir ki, gömrük orqanları "Şəxs" MMC-nin daimi istifadə üçün aldığı RTS stansiyanı özlərinin işini ört-basdır edilməsi üçün müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişlər. Normadan göründüyü kimi, gömrük bəyannaməsinin qanunsuz olaraq yenidən tərtib ed ilməsi gömrük orqanları tərəfindən Avro-4 standartlarına uyğun olmayan RTS stansiyasının Azərbaycan Respublikasının ərazisinə buraxılışı həyata keçirildikdən sonra baş vermişdir, əks halda RTS stansiya Avro-4 standartlarına uyğun olmadığı üçün Azərbaycan Respublikasının ərazisinə buraxılmamalı idi. Hal-hazırda müvəqqəti idxal xüsusi gömrük proseduru altında RTS stansiyasının 3 illik müddəti bitdiyi üçün bu maddədə qeyd edilən xüsusi gömrük prosedurlarından birinə keçirilməlidir. Lakin bu xüsusi gömrük prosedurlarının heç biri qanunla qorunan maraqlarına uyğun deyil. Belə ki, alqı-satqı müqaviləsi ilə onların mülkiyyətinə keçdiyi (və ölkəmizdən çıxarılmamaq şərtilə aldıqları) üçün RTS stansiya tam sərbəst buraxılmalı və onlar stansiyanı rəsmi dövlət qeydiyyatına aldırmalı idilər. Yuxarıda sadalanan xüsusi gömrük prosedurlarının hamısı müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən malların əsasən təkrar geriyə qaytarılmasım özündə ehtiva etməkdədir. Beləliklə, "Şəxs" MMC-yə məxsus olan geniş yayımlı radioqəbuledici təsviri yazan və canlandıran avadanlıqların (avtomobilə birləşdirilmiş RTS stansiyanın) müvəqqəti avadanlıqların xüsusi gömrük proseduru altında yerləşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş üç illik müddəti başa çatdığından gömrük orqanları "Şəxs" MMC tərəfindən müvəqqəti idxalın son tarixi xx.xx.2019-cu il müəyyən edilmiş RTS stansiyanın Azərbaycan Respublikasının ərazisindən kənara aparılması üçün müraciət etmədiyini bəhanə gətirərək, Şəxs" MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə ittiham etmişlər. Yuxarıda qeyd olunanlardan aydın şəkildə görünür ki, "Şəxs" MMC tərəfindən dən nəinki Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmədiyi törədilmədiyi, ümumiyyətlə heç bir qanun pozuntusuna yol verilmədiyi halda, Gömrük Komitəsinin struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsində yaranmış vəziyyətdən özləri üçün çıxış yolu kimi qanunsuz olaraq inzibati xəta protokol tərtib edilmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli 00100-1570/20 mzibati xəta haqqında" tərtib edilmiş protokol qərəzli, qanunsuz və qanunvericiliyə zidd olaraq tərtib edildiyi üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü ("Sübut etmə maddəsinə əsasən: Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür". Həmin Məcəllənin 32.1-ci ("Mübahisələndirmə haqqında iddia") maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər". Son olaraq hüquqi şəxsin nümayəndəsi X1 Respublikası Gömrk Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 00100-1570/20 nömrəli "inzibati xəta haqqında" protokolun ləğv edilməsini və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın digər nümayəndəsi X8 hüquqi şəxsin nümayəndəsinin yazılı etirazı ilə tanış olduqdan sonra çıxışında müdafiə tərəfinin gətirdiyi dəlilləri bütövlüklə təkzib etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, malların müvafiq gömrük prosedurunda yerləşdirilməsi birbaşa idxalatçı tərəfindən gömrük orqanına təqdim edilən bəyannamələr əsasında həyata keçirilir. Bu bəyannamələr idxalatçı, yaxud onun xeyrinə təmsil etmək səlahiyyətinə malik gömrük təmsilçilərinin gücləndirilmiş elektrin imza kartı ilə tərtib edilir və gömrük orqanına rəsmiləşdirmək üçün göndərilir. Təmsilçilər isə idxalatçının adından edilən hərəkətləri təsdiq edən sənədləri idxalatçının səlahiyyətli şəxsləri tərəfindən imzalandıqdan və möhürləndikdən sonra gömrük orqanına təqdim edirlər. Bütün bu əməliyyatlara xidmət göstərən orqan kimi gömrük orqanının bəyannaməyə hər hansı düzəliş etmək və mətnində dəyişikliyi nəzərdə tutan əməliyyatı həyata keçirməsi kimi bir texniki imkan mövcud deyildir. Malların müvafiq gömrük prosedurunda yerləşdirilməsi və gömrük orqanının fəaliyyəti ilə bağlı Gömrük Məcəlləsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktlarında nəzərdə tutulan müvafiq prosedur mövcuddur. Hazırda baxılan iş üzrə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına gətirdiyi malların müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilməsi onun təqdim etdiyi bəyannamə əsasında həyata keçirilib. Şəxs MMC bunu öz müstəqil iradəsi ilə azad surətdə həyata keçirib, hətta bir neçə dəfə müvəqqəti idxal müddətinin uzadılması məqsədi ilə ərizələri gömrük orqanına təqdim etmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə **********7263 sorğu nömrəli gömrük bəyannaməsi ilə malları başqa gömrük prosedurunda yerləşdirmək üçün bəyan etmiş, müvafiq gömrük ödənişləri ödəmişdir. Nəticə etibarı ilə bütün rüsumları ödədiyindən və digər zəruri gömrük əməliyyatı apardığından bəyannamə arxivləşdirilmişdir. Göründüyü kimi etirazda göstərilənlərin faktiki əsasları olmamaqla yanaşı həttta hüquqi əsasları belə mövcud deyildir. Bununla belə tərəfin məhkəmədə səsləndirdiyi xüsusatlar hazırda baxılan işin predmetinə aid deyildir, məhkəmə baxışının hədlərindən kənara çıxır. Mövcud iş öhdəlik müddətinin 9 aydan artıq müddətə ötürülməklə malların başqa prosedurda yerləşdirilməsi faktına görədir. Ona görə də etirazda göstərilənlərin heç bir faktiki və hüquqi əsasları olmadığından rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********7306 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malın müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/011729 saylı xx.xx.2020-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, raportda qeyd edilən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X7 X11 Pazarlama A.Ş.” şirkətindən daxil olmuş 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış PTS stansiya) yükü **********7306 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2017-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə şirkət tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş xx/xx/017787 saylı ərizə əsasında sözügedən malın müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2019-cu il tarixində bitməsinə baxmayaraq **********7306 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malın müvəqqəti idxal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malın Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X5 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X7 X11 Pazarlama A.Ş.” şirkətindən 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış PTS stansiya) yükü daxil olmuş, sözügedən yük Bakı Baş Gömrük İdarəsində **********7306 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2017-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, sonradan şirkət tərəfindən Bakı Baş Gömrük idarəsinə təqdim edilmiş ərizə əsasında qeyd .edilən yükün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, şirkətdə yaranmış maliyyə problemləri səbəbindən **********7306 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar avtomobilə quraşdırılmış PTS stansiya) yükü Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və yaxud digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir, həmin yük halhazırda “Bakı Olimpiya Stadionunun” ərazisində saxlanılır və qeyd edilən yükü sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirmək niyyətindədirlər. Həmçinin, sonuncu izahatında gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. 052 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına 8.477.31( səkkiz min dörd yüz yeddi manat 31 qəpik) manat vəsait ödənilmişdir. Şəxs MMC tərəfindən **********7306 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış PTS stansiya) yükünün ümumi dəyəri 80180,00 (səksən min yüz səksən) manat təşkil edir. xx.xx.2020-ci il tarixli 00100-1570/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X15 xx.xx.2020-ci il tarixli 00100-1570/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi; 75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1.4-cü maddəsinə əsasən, üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin etirazına və mülahizəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, idxalatçının malların müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirməsinə dair səlahiyyətli gömrük orqanına təqdim etdiyi Gömrük bəyannaməsi, həmin bəyannamədə müddətdə bağlı götürdüyü öhdəlik, malların müvəqqəti idxal müddətinin uzadılmasına dair səlahiyyətli vəzifəli şəxsləri tərəfindən imzalanıb möhürləndiyi müraciətləri, malların öhdəlik müddətinin bitdiyi vaxtdan sonra təqdim etdiyi malların “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirilməsinə dair bəyannamə, sonuncu bəyannamə üzrə bütün gömrük ödənişlərinin ödənilməsi, idxalatçının öhdəliyinin faktiki surətdə və hüquqi əsaslarla mövcudluğunu təsdiq edən sübutlardır. Bununla belə gömrük sahəsində sahibkar və dövlət orqanın arasında olan mübahisə hazırda baxılan işin həddlərinə aid olmamaqla mövcud sübutlar inzibati xəta hadisəsinin mövcudluğunu və hüquqi şəxsin təqsirliliyini müəyyən etməyə imkan verir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin etirazda istinad etdiyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarının aidiyyəti məsələsini diqqətə alaraq həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyi yalnız bu Məcəllədən ibarətdir. Ona görə də blanket dispozisiyalı inzibati xəta tərkibləri və göndərici normalarda nəzərdə tutulan maddi normalar istisna olmaqla, prosesual normalar yalnız bu Məcəllədə nəzərdə tutulmuşdur. Məhkəmə tərəfləri dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, **********7306 sorğu nömrəli xx.xx.2016- cı il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 (bir) ədəd tərkibində geniş yayımlı radioqəbuledici, təsviri yazan və canlandıran aparaturası olan avadanlıqlar (avtomobilə quraşdırılmış PTS stansiya) yükünün müvəqqəti idxal müddəti xx.xx.2019-cu il tarixində bitsə də, həmin yükün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı "Şəxs” MMC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 9 (doqquz) ay 15 (on beş) gün sonra, yəni xx.xx.2020-ci il tarixdə **********7263 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Beləliklə, məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin müəyyən faizi miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 40.0.1, 43, 48- 51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 20 faiz miqdarında, yəni 16036 (on altı min otuz altı) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-975/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-975/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver