Məhkəmə qərarları › İş №3(002)-975/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-975/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-975/2022 27.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, “HOLCİM (AZƏRBAYCAN)” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xitalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “HOLCİM (AZƏRBAYCAN)” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Salyan şossesi ünvanında qeydiyyatda olan Holcim (Azərbaycan) ASC-nin ünvanına Türkiyə Respublikasından 25 avqust 2022-ci il tarixdə saat 08:12-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə FH951HF/BS951S nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların **********6792 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********6792 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar FH951HF/BS951S nömrə nişanlı yük avtomaşınında 25 avqust 2022-ci il tarixdə saat 08:12-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 25 avqust 2022-ci il tarixdə saat 09:02-də gömrük orqanına **********5136 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. “HOLCİM (AZƏRBAYCAN)” ASC məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq qeyd etmişdir ki, 00100-1869/22 saylı protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkətləri protokolun tərtib edilməsi üçün dəvət edilməmiş, şirkətin nümaydəsindən izahat alınmamış, şirkətin nümayəndəsinə protokola imza etdirilməmiş və protokolun surəti onlara təqdim edilməmişdir. Protokolun surətindən görünür ki, protokol ciddi hesabat sənədi olduğu halda oradan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermə və imzalama hissələri çıxarılmışdır. İnzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən inzibati xətalar haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasını xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, “Holcim (Azərbaycan) ASC Bakı Baş Gömrük İdarəsində ünvanlarına gələn yüklərin dolayı gömrük təmsilçiliyinə və gömrük rəsmiləşdirilməsini, habelə lazım olan gömrük əməliyyatlarının görülməsini “CJ İCM FZCO” şirkətinin Azərbaycan Respublikasındakı Filialına etibar edir. Lakin təhqiqatçı inzibati araşdırmada iştirak etməyə səlahiyyəti olmayan şəxsin izahatını alaraq zəzərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi araşdırmaya buraxmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edir ki, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İXMnin 112.1.5-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələri izah edildiyi göstərilməmiş, həmin şəxs barəsində hər hansı məlumat qeyd edilməmiş, bununla da protokolu tərtib edilmiş şəxs tərəfindən kimə hüquq və vəzifələr izah edildiyi öz əksini tapmamışdır. Bundan başqa təqdim edilmiş inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, imzalamaqdan imtina edildiyi halda bu barədə protokolda hər hansı qeyd aparılmamış, hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmiş, eyni zamanda «protokolun surətini aldım» qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “HOLCİM (AZƏRBAYCAN)” ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında 07 sentyabr 2022-ci il tarixli 00100-1869/22 saylı protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar